Mirası evini talan edən bacılarına qaldı
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvarında vəfat edən müğənni Fatih Ürekin qoyduğu mirasının aqibəti bəlli olub.
Axşam.az xəbər verir ki, Ürekin evləri, avtomobilləri, zinət əşyaları və bank hesabları daxil olmaqla bütün sərvəti bacıları Sevil Ürek və Nurgül Fırat arasında bölüşdürülüb.
Mirasın müğənninin vəfatının ardından evini talan etdikləri iddia olunan bacılarına verilməsi sosial mediada müzakirlərə səbəb olub. Maraqlısı isə odur ki, onun 3 bacısı var. Amma miras bölgüsündə onun digər bacısı Sevginin adı yoxdur.
Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanıb. Sənətçi 3,5 ay koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.
Onun Bodrumda 170 milyon lirə (9 milyon manatdan çox) dəyərində malikanə, Ataşehirdə 5 mənzil, 6 milyon lirə (330 min manat) dəyərində avtomobil, bankda nağd pul, brilyant və qızıl zinət əşyaları miras qoyduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















