Icma.az
close
up
RU
Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir AZƏRTAC

Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Şəki, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Dördüncü dəfədir keçirilən beynəlxalq teatr festivalına ev sahibliyi etməkdən qürur duyuruq. Bu gün bizim üçün çox önəmli bir gündür. Biz 145 illik teatr tariximizi bayram edirik. Çox qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir. Folklor və xalq teatrı Şəkidə həmişə olub. Şəkinin zorxanası, milli adət-ənənələri, xalq oyunları olub. Düz 145 il il bundan əvvəl, 1879-cu ildə Şəkidə ilk peşəkar milli tamaşa oynanılıb. Görkəmli dramaturq Mirzə Fətəli Axundzadınin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) əsəri tamaşaya qoyulmaqla milli peşəkar teatrın əsası qoyulub. Bu, bizim üçün çox bir önəmli tarixdir.

Bu fikirləri Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli IV Şəki Beynəlxalq Teatr Festivalının açılış günündə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Şəki teatrının yaranma tarixi barədə məlumat verən baş rejissor deyib: “Həmin dövrlərdə dünyada, eləcə də Yaxın Şərqdə elə ölkələr, imperiyalar var idi ki, onlarda profesional teatr anlayışı, ümumiyyətlə, yox idi. Ancaq kiçik bir şəhərdə, Şəkidə 1879-cu ildə ilk peşəkar tamaşa oynanıldı. Bunun çox maraqlı tarixçəsi var. Təhsilini davam etdirmək arzusunda olan gənc Şəki ziyalısı Rəşid bəy Əfəndiyev 1879-cu ildə Tiflisdə klasik dramaturqumuz M.F.Axundzadə ilə görüşür. Bu görüşdə dramaturq özünün vətəni olan Şəkidə bir tamaşasının oynanılmasını arzu etdiyini bildirir. 1879-cu ildə R.Əfəndiyev Şəki ziyalılarını da başına toplayaraq dramaturqun arzusunu yerinə yetirir, barama anbarında onun “Sərgüşəti-mərdi-xəsis” (“Hacı Qara”) əsərini tamaşaya qoyur. Beləliklə, Şəkidə ilk peşəkar teatrın əsası qoyulur. Sonralar Şəki ziyalıları bu estafeti davam etdirərək ayrı-ayrı vaxtlarda, xüsusilə Novruz bayramlarında M.F.Axundzadənin 6 əsərinin hamısını səhnələşdirməyə müvəffəq olurlar”.

Builki festivalın məhz Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunduğunu vurğulayan M.Səlimli deyib: “Festivalımıza Qazaxıstandan, Özbəkistandan, İrandan kollektivlər gəliib və onlar bizim bu bayramımızda iştirak edirlər. Biz istəyirik ki, bu festival davamlı olsun. Məqsədimiz təkcə tamaşa göstərmək deyil, həmçinin Vətənimizin bir parçası olan Şəkinin təbiətini, gözəlliklərini, tarixi abidələrini, sənətkarlığını, mətbəxini təbliğ və nümayiş etdirməkdir. Şəkidə baxılası, görüləsi çox şey var və biz də çalışırıq ki, bunu qardaş xalqlara, uzaqdan gəlmiş dostlara təqdim edək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri