Icma.az
close
up
RU
Mircavadov Fransa millisini arzulamır

Mircavadov Fransa millisini arzulamır

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Bizə güclü rəqiblər düşəcəyi məlum idi. Ukraynadan başqa hamısı ilə oynamışıq. Əsas öz komandamıza baxmalıyıq”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Azərbaycan millisi DÇ-2026-cı seçmə mərhələsində İslandiya, Ukrayna və Millət Liqasının 1/4 final mərhələsinin Fransa-Xorvatiya cütünün qalibi ilə bir qrupda mübarizə aparacaq. Püşkü dəyərləndirən millimizin sabiq çalışdırıcısı qeyd edib ki, rəqiblərin güclü olmasından əlavə, həm də bizim komandada müəyyən problemlər var:

“Yaxşı haldır ki, bizim üçün seçmə mərhələ sentyabrda başlayacaq. Çünki həm mart, həm də iyunun əvvəlində yoldaşlıq oyunu keçirə bilərik. Yəni seçmə mərhələ başlayana qədər tam hazır olmaq mümkündür. Əsas olan bizim millinin oyunudur.

Komandaya mütləq mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi lazımdır

Azərbaycan çempionatında bu mövqelərdə əksək klublarda əcnəbi futbolçular oynayır. Bizdə problem burdan başlayacaq. Millinin məşqçi korpusu üçün seçim də çətin olacaq. 

Ukrayna millisi son vaxtlar yaxşı oynayır. Klubları o qədər də uğurlu çıxış etmir. Əksəriyyətində yerli futbolçular mübarizə aparır. Millinin futbolçularının isə çoxu ölkə xaricində çıxış edir. Güclü olsalar da, həm Ukrayna, həm də İslandiya ilə oynamaq olar. Əsas məsələ odur ki, biz necə hazır olacağıq. Ümumiyyətlə, hazır olacağıq, yoxsa yox. Bunun üçün ilk növbədə çempionatımızın gərginliyini artırmalıyıq. Klublar yerli oyunçular barədə düşünməlidir. Nəsə fikirləşmək lazımdır. “Qarabağ”da olan cavan futbolçular legionerlərin hesabına komandada yaxşı çıxış edirlər. Millidə isə bunu görə bilmirik. Bu haqda da düşünməliyik. Böyük sualdır”. 

A.Mircavadov potensial rəqiblərimiz Fransa və Xorvatiya haqda da danışıb: “Bizim üçün bu rəqiblər o qədər də fərq etmir. Çünki belə komandalar birinci yer üçün oynayırlar. Xorvatiyada ulduz futbolçular tədricən yaşlanır və onları gənclər əvəzləyir. Onlara da vaxt lazımdır. Ona görə də məncə, Xorvatiya düşsə, mübarizə aparmaq olar. Amma Fransa ilə ağır olar. Çünki onlarda iki heyət var. Birinci yerə məlumdur ki, Fransa daha iddialıdır. İkinci yer uğrunda mübarizə aparmalıyıq”.

77 yaşlı mütəxəssis millimizi çalışdırarkən - 1995-ci ildə Fransaya 0:10 hesablı məğlubiyyəti də xatırlayıb: “Yaddan çıxarmayaq ki, həmin Fransa millisi iki ildən sonra dünya çempionu, daha sonra Avropa çempionu oldu. Şəraiti vurğulamaq lazımdır. Bu gün AFFA milli komanda üçün hər bir şəraiti yaradıb. Amma o vaxt bizim futbolçular oyundan sonra rəqiblə formalarını dəyişə bilmirdilər. Çünki forma hamıda cəmi bir dənə idi. Həddindən artıq çətinliyimiz var idi. Çox vaxt Buzovnadakı bazada qalırdıq və məşqimizi orada edirdik. Meydança isə kələ-kötür idi. İndi 2-3 yaxşı meydançamız var. Biz o vaxt heç 5 günlük təlim-məşq toplanışı da edə bilmirdik. İndiki vəziyyətlə o vaxtkı arasında fərq həddindən artıq böyükdür. Amma buna baxmayaraq, biz o vaxt Fransa ilə oyunda 3-4 qol epizodu yaratmışdıq. Çox asan toplar buraxdıq. Hesab da futbolçularımıza təsir etmişdi”.

A.Mircavadov “Fransa ilə qarşılaşsaq, yenidən o cür faciəvi hesab qeydə alına bilərmi” sualını da cavablandırıb: “Ola bilər. Amma arzu edək ki, olmasın. Həmişə ümidliyik ki, bəlkə bu dəfə millimiz nəsə edər. Amma son oyunlarda futbolçularımız çox həvəssiz idilər. Sönük oynayırdılar. Bəziləri klublarında tam oynamayanlardır. Düşünürəm ki, Xorvatiya yox, Fransa ilə düşsək, nisbətən asan olar. Fransa futbol ölkəsidir”. 

A.Mircavadov onu da deyib ki, millinin baş məşqçisi Fernandu Santuşa kifayət qədər vaxt verilib və o, qarşıdakı turnirdə nə edəcəyini bilməlidir: “Santuş Millətlər Liqasının bütün oyunlarında millinin başında oldu. Sözsüz ki, nəticə uğursuzdur, amma futbolçuları tanıdı, seçdi. Mütləq mart və iyun aylarında yoldaşlıq görüşləri olmalıdır ki, Santuş heyəti tam hazır etsin. Bir məsələ var ki, komanda hansı oyunçularla oynayacaq? Əsas sual budur. Heyət seçimində çətinliklər olacaq”.

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri