Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Xətai Sənət Mərkəzində sərgi açılıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgisi açılıb.
Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Layihəsi çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayını geniş şəkildə təbliği planlaşdırır.
Diqqətə çatdırılıb ki, aprel ayında “Papaq və kəlağayı festivalı'' festivalı keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.
Həmçinin layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















