Icma.az
close
up
RU
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? Qızı hər şeyi açıqladı

Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? Qızı hər şeyi açıqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Musavat.com-un növbəti həmsöhbəti Azərbaycan poeziyasının mirvarisi, qadın yazarlar arasında ilk və yeganə Xalq şairəsi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazidir.
Lirik poeziyası ilə oxucuların qəlbində xüsusi yer qazanan Mirvarid Dilbazinin bir sıra şeirləri illər boyunca musiqiyə çevrilərək sevilən mahnılar kimi yadda qalıb. Bu mahnılar bu gün də dinləyicilərin könlünü oxşayır, poeziya və musiqi vəhdətinin gözəl nümunəsi kimi yaşayır.
Xatirə xanım söhbətə elə anasının sözlərindən sitat gətirməklə başlayır:
- Anam həmişə yazırdı ki, 3 kəndin qızıdır: Daş Salahlı, Xanlıqlar, İncə dərəsi. Bu yaxınlarda gedib o yerləri ziyarət etdim. Anam bəy nəslindən olub, Xanlıqlar kəndində doğulub. O, anası Cəvahir və bacısı Yaqut xanımla Bakıya köçüb. Bakıda Tağıyevin qızlar məktəbində (indiki Əlyazmalar İnstitutunun binası) təhsil alıb.
Bir müddət Əbülqasim Əfəndinin evində kirayə qalıblar. Anam daha sonra Qubada və Biləcəridə müəllimə işləyib. 1940 -cı ildə isə Səməd Vurğunun vasitəçiliyi ilə anama ev verilib. Mən həmin evdə böyümüşəm.
Rəhmətlik Vəfa Quluzadə mənim xalam oğludur. Onunla bacı-qardaş kimi idik. Anam "Evimizə gəlin gəlir" mahnısını o, evlənəndə yazmışdı. Anam Vəfanı çox istəyirdi. Çünki nəslin yeganə oğlu idi.
- İstərdim ki, Mirvarid xanımın külliyyatından danışasınız, harada saxlanılır...
- Rəhmətlik Maarif Teymur Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Ədəbiyyat şöbəsinin müdiri olanda anam sənədlərinin hamısını ora verdi. Orada ona xüsusi şöbə ayırdılar. İndi də qorunub saxlanılır.
- İnsan yaşa dolduqca anasına daha çox ehtiyac duyur. Mirvarid xanımı tez-tezmi xatırlayırsınız?
- Bu suala cavab verməmişdən öncə bir məqama diqqət çəkmək istəyirəm. Mənim atam və anam əmi uşaqları olublar. Əminə Dilbazi mənim bibim idi. Hamı elə sanırdı ki, o, anamın bacısıdır. Anam 1942-ci ildə mənə hamilə olarkən hərbi qatarla Qazaxa gedirmiş. İncə dərəsində bacısı və anasını ziyarət edəcəkmiş. Əminə xanım anamı Səməd Vurğunun qardaşı Mehdixana tapşırıb, deyib hamilədir, onu salamat kəndə çatdır. Ancaq iş elə gətirib ki, qatarda anamın doğuş sancısı tutub. Bir cavan qız ona yaxınlaşıb və deyib ki, Tibb Universitetinin tələbəsidir, ona kömək edəcək. Beləliklə, mən dünyaya qatarda gəlmişəm. Ondan sonra bizi Qazaxa gətiriblər. Mən bəzən tələsəndə nəvələrim gülür, deyirlər, "harada doğulmusan, yenə tələsirsən".
Mən anamın yeganə övladıyam. 59 il dünyanı çəhrayı rəngdə görmüşəm. Çünki Mirvarid xanım onda sağ idi. Bir insanın ən əziz varlığı onun valideynləridir. Ana heç vaxt yaddan çıxmaz. Mirvarid xanım mənim övladlarımı da, nəvələrimi də görüb. Onlara şeir də yazırdı. Yaşı çox olmasına baxmayaraq, son günlərinə kimi huşu üstündə idi. Mən qaldığım yerdə 120 pilləkən var idi. Onu özü çıxıb düşürdü. Çap maşınında rahat işləyirdi. Mirvarid xanım tək mənim deyil, elin anası idi.
- Xaraktercə sərt bir insan idi?
- Çox sakit adam idi. Heç vaxt heç kəslə mübahisə etmirdi. Bütün günü bir küncə çəkilib öz şeirləri ilə məşğul olurdu. Dəniz bizim evdən görünürdü.
Sizə bir məsələni də deyim, anamın ad günü avqustun 19-u deyil. O, özü doğum gününü bu vaxta saldırmışdı ki, Yazıçılar İttifaqı ona ad günü keçirməsin. Mirvarid xanım iyun ayında doğulub. Çox təvazökar qadın idi. Vəsiyyət etmişdi ki, onu anasının yanında dəfn edək.
Ümummilli Lider Heydər Əliyev həmişə zəng edib onun ad gününü təbrik edirdi və soruşurdu ki, "Mirvari xanım, sizə nəsə lazımdır?" Anam cavabında deyirdi ki, xalqın azadlığını və gözəl həyatını istəyir. Sonda da əlavə edirdi ki, heç nə lazım deyil. Şairlər və digər yaradıcılar Allah adamlarıdır, onların gözləri dünya malında olmur.
- Əminə Dilbazinin bibiniz olduğunu dediniz. Ananızla münasibətləri necə idi?
- Çox mehriban, ancaq fərqli xarakterdə insanlar idilər. Anam gilavar, Əminə xanım isə xəzri idi. Anam Əminə xanıma şeir də həsr etmişdi: "El qızının oynamağı". Bir-birlərinə hörmət edirdilər.
- Ananızın ilham mənbəyi nə idi? Günün istənilən vaxtı yazırdı?
- Bəzən gecə yuxudan ayılırdım, görürdüm ki, çap maşınının səsi gəlir. Yəni yaradıcı insan üçün vaxt anlayışı yoxdur. Anamı Qarabağ münaqişəsi pərişan etmişdi. Şuşa işğal olunanda çox təsirləndi. Qarabağ azad olunanda gedib Mirvarid xanıma gözaydınlığı verdim.
- Ömrünün son günlərini necə keçirdi?
- O insan heç nədən qorxmurdu. Qızım Laləyə demişdi ki, "insan bir gün dünyaya gəlirsə, bir gün dünyadan köçəcək. Mən bu dünyadan köçəndə anamla, atamla qovuşacağam. Özünüzü yaxşı aparın, təmkinli olun".
Ömrünün son günlərinə kimi yazırdı. Ən böyük arzusu Azərbaycanı tam görmək idi. Başqa heç nəyə ehtiyacı yox idi. Doğrudur, şairlərin həyatı çətin olur. Heç nə əlimizə asan gəlib çatmayıb. Lakin pis həyat sürməmişik.
Xatırladaq ki, Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazaxda anadan olub. Xalq şairinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" məcmuəsində dərc edilib. İkinci Dünya müharibəsi illərində əksər sənətkarlarımız kimi, M. Dilbazi də öz yaradıcılığında vətəni müdafiə mövzusuna əsas yer tutub. O, "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemalarının müəllifidir.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə mahnı, romans və oratoriya bəstələyiblər.
Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri