Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin 2025-ci ilin yekunları və 2026-cı ilin tədbirlər planının hazırlanması ilə bağlı iclası keçirilib. İclasda Birliyin İdarə Heyətinin sədri Güllü Eldar Tomarlı çıxış edərək 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilmiş çoxsaylı ədəbi-mədəni layihələr, poeziya gecələri, anım tədbirləri və görüşlər barədə ətraflı məlumat verib, Mirvarid Dilbazi irsinin təbliği, gənclərin ədəbiyyata cəlb olunması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində əldə edilən nəticələrin yüksək dəyərləndirildiyini bildirib.
Daha sonra İdarə Heyətinin üzvləri Vüsal Sehranoğlu, Taleh Əliyev, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Fəxrəddin Mahmudov, Vaqif Osmanlı, Turan İbrahimov, Tərlan Musayeva, Aybəniz Camalova, Tərxanım Müseyibqızı, Lalə İsmayıl, Birliyant Atəş, Səyalı Dadaşova, Azadə Quliyeva, Qulu İsmayılov, Gülnarə Məmmədova və Polad Ağa İbrahimov çıxış edərək Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin yarandığı gündən bu günədək keçdiyi yolun məhsuldar olduğunu, şəhidlərin anılması, ahıllar evinin ziyarət olunması, milli-mənəvi dəyərlərimizin həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda təbliğinin cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar. Qeyd edilib ki, dövlət tərəfindən milli-mənəvi dəyərlərə göstərilən diqqət Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəaliyyətində də öz əksini tapır və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vəli Məmmədov adına Mədəniyyət evində “Mirvarid Dilbazi Poeziya Məclisi” dərnəyinin yaradılması, bu dərnəyə Güllü Eldar Tomarlının rəhbər təyin edilməsi bunun bariz nümunəsidir.
İclasda 2026-cı il üçün yeni yaradılmış dərnəyin illik fəaliyyət və tədbirlər proqramının hazırlanması, şəhidlərin yad olunması və qazilərlə görüşlərin bu ildə də davam etdirilməsi, 2026-cı ildə Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkili, şəhid Vəli Məmmədovun xatirə gecəsinin keçirilməsi və digər mədəni-ictimai layihələrin reallaşdırılması qərara alınıb, həmçinin Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin Gənclər şöbəsinə rejissor, bəstəkar Polad Ağa İbrahimovun təyin edildiyi elan olunub.
İclas yekununda vurğulanıb ki, qarşıdakı dövrdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi öz fəaliyyətini daha da genişləndirərək milli ədəbiyyatımızın, poeziyamızın və mənəvi dəyərlərimizin təbliğini ardıcıl şəkildə davam etdirəcək, yeni layihələr və təşəbbüslərlə ədəbi-mədəni mühitə töhfələr verməyi əsas prioritet kimi müəyyənləşdirəcək.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















