Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? Qızı hər şeyi AÇIQLADI

Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? Qızı hər şeyi AÇIQLADI

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Musavat.com-un növbəti həmsöhbəti Azərbaycan poeziyasının mirvarisi, qadın yazarlar arasında ilk və yeganə Xalq şairəsi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi olub.

Lirik poeziyası ilə oxucuların qəlbində xüsusi yer qazanan Mirvarid Dilbazinin bir sıra şeirləri illər boyunca musiqiyə çevrilərək sevilən mahnılar kimi yadda qalıb. Bu mahnılar bu gün də dinləyicilərin könlünü oxşayır, poeziya və musiqi vəhdətinin gözəl nümunəsi kimi yaşayır.

Xatirə xanım söhbətə elə anasının sözlərindən sitat gətirməklə başlayır:

- Anam həmişə yazırdı ki, 3 kəndin qızıdır: Daş Salahlı, Xanlıqlar, İncə dərəsi. Bu yaxınlarda gedib o yerləri ziyarət etdim. Anam bəy nəslindən olub, Xanlıqlar kəndində doğulub. O, anası Cəvahir və bacısı Yaqut xanımla Bakıya köçüb. Bakıda Tağıyevin qızlar məktəbində (indiki Əlyazmalar İnstitutunun binası) təhsil alıb.

Bir müddət Əbülqasim Əfəndinin evində kirayə qalıblar. Anam daha sonra Qubada və Biləcəridə müəllimə işləyib. 1940 -cı ildə isə Səməd Vurğunun vasitəçiliyi ilə anama ev verilib. Mən həmin evdə böyümüşəm.

Rəhmətlik Vəfa Quluzadə mənim xalam oğludur. Onunla bacı-qardaş kimi idik. Anam “Evimizə gəlin gəlir” mahnısını o, evlənəndə yazmışdı. Anam Vəfanı çox istəyirdi. Çünki nəslin yeganə oğlu idi.

- İstərdim ki, Mirvarid xanımın külliyyatından danışasınız, harada saxlanılır...

- Rəhmətlik Maarif Teymur Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Ədəbiyyat şöbəsinin müdiri olanda anam sənədlərinin hamısını ora verdi. Orada ona xüsusi şöbə ayırdılar. İndi də qorunub saxlanılır.

- İnsan yaşa dolduqca anasına daha çox ehtiyac duyur. Mirvarid xanımı tez-tezmi xatırlayırsınız?

- Bu suala cavab verməmişdən öncə bir məqama diqqət çəkmək istəyirəm. Mənim atam və anam əmi uşaqları olublar. Əminə Dilbazi mənim bibim idi. Hamı elə sanırdı ki, o, anamın bacısıdır. Anam 1942-ci ildə mənə hamilə olarkən hərbi qatarla Qazaxa gedirmiş. İncə dərəsində bacısı və anasını ziyarət edəcəkmiş. Əminə xanım anamı Səməd Vurğunun qardaşı Mehdixana tapşırıb, deyib hamilədir, onu salamat kəndə çatdır. Ancaq iş elə gətirib ki, qatarda anamın doğuş sancısı tutub. Bir cavan qız ona yaxınlaşıb və deyib ki, Tibb Universitetinin tələbəsidir, ona kömək edəcək. Beləliklə, mən dünyaya qatarda gəlmişəm. Ondan sonra bizi Qazaxa gətiriblər. Mən bəzən tələsəndə nəvələrim gülür, deyirlər, “harada doğulmusan, yenə tələsirsən”.

Mən anamın yeganə övladıyam. 59 il dünyanı çəhrayı rəngdə görmüşəm. Çünki Mirvarid xanım onda sağ idi. Bir insanın ən əziz varlığı onun valideynləridir. Ana heç vaxt yaddan çıxmaz. Mirvarid xanım mənim övladlarımı da, nəvələrimi də görüb. Onlara şeir də yazırdı. Yaşı çox olmasına baxmayaraq, son günlərinə kimi huşu üstündə idi. Mən qaldığım yerdə 120 pilləkən var idi. Onu özü çıxıb düşürdü. Çap maşınında rahat işləyirdi. Mirvarid xanım tək mənim deyil, elin anası idi.

- Xaraktercə sərt bir insan idi?

- Çox sakit adam idi. Heç vaxt heç kəslə mübahisə etmirdi. Bütün günü bir küncə çəkilib öz şeirləri ilə məşğul olurdu. Dəniz bizim evdən görünürdü.

Sizə bir məsələni də deyim, anamın ad günü avqustun 19-u deyil. O, özü doğum gününü bu vaxta saldırmışdı ki, Yazıçılar İttifaqı ona ad günü keçirməsin. Mirvarid xanım iyun ayında doğulub. Çox təvazökar qadın idi. Vəsiyyət etmişdi ki, onu anasının yanında dəfn edək.

Ümummilli Lider Heydər Əliyev həmişə zəng edib onun ad gününü təbrik edirdi və soruşurdu ki, “Mirvari xanım, sizə nəsə lazımdır?” Anam cavabında deyirdi ki, xalqın azadlığını və gözəl həyatını istəyir. Sonda da əlavə edirdi ki, heç nə lazım deyil. Şairlər və digər yaradıcılar Allah adamlarıdır, onların gözləri dünya malında olmur.

- Əminə Dilbazinin bibiniz olduğunu dediniz. Ananızla münasibətləri necə idi?

- Çox mehriban, ancaq fərqli xarakterdə insanlar idilər. Anam gilavar, Əminə xanım isə xəzri idi. Anam Əminə xanıma şeir də həsr etmişdi: “El qızının oynamağı”. Bir-birlərinə hörmət edirdilər.

- Ananızın ilham mənbəyi nə idi? Günün istənilən vaxtı yazırdı?

- Bəzən gecə yuxudan ayılırdım, görürdüm ki, çap maşınının səsi gəlir. Yəni yaradıcı insan üçün vaxt anlayışı yoxdur. Anamı Qarabağ münaqişəsi pərişan etmişdi. Şuşa işğal olunanda çox təsirləndi. Qarabağ azad olunanda gedib Mirvarid xanıma gözaydınlığı verdim.

- Ömrünün son günlərini necə keçirdi?

- O insan heç nədən qorxmurdu. Qızım Laləyə demişdi ki, “insan bir gün dünyaya gəlirsə, bir gün dünyadan köçəcək. Mən bu dünyadan köçəndə anamla, atamla qovuşacağam. Özünüzü yaxşı aparın, təmkinli olun”.

Ömrünün son günlərinə kimi yazırdı. Ən böyük arzusu Azərbaycanı tam görmək idi. Başqa heç nəyə ehtiyacı yox idi. Doğrudur, şairlərin həyatı çətin olur. Heç nə əlimizə asan gəlib çatmayıb. Lakin pis həyat sürməmişik.

Xatırladaq ki, Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazaxda anadan olub. Xalq şairinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” məcmuəsində dərc edilib. İkinci Dünya müharibəsi illərində əksər sənətkarlarımız kimi, M. Dilbazi də öz yaradıcılığında vətəni müdafiə mövzusuna əsas yer tutub. O, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə” poemalarının müəllifidir.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə mahnı, romans və oratoriya bəstələyiblər.

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri