Icma.az
close
up
RU
Mirzoyan Lavrov görüşündə nələr müzakirə olunacaq? AÇIQLAMA

Mirzoyan Lavrov görüşündə nələr müzakirə olunacaq? AÇIQLAMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyada rəsmi səfərdədir. O, artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bugünkü görüş Rusiya-Ermənistan münasibətləri kontekstində həm indiki vəziyyəti, həm də gələcəkdə baş verə biləcək prosesləri nəzərdən keçirmək baxımından çox əhəmiyyətlidir:


“Düşünürəm ki, hər iki tərəfin münasibətlərinin inkişafı baxımından bu görüş həlledici xarakter daşıyır. Çünki Ermənistanın ABŞ ilə tərəfdaşlıq haqqında saziş imzalaması və Avropa İttifaqına üzvlük məsələsi gündəmə gələndən sonra bu səfər aktual olub. Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri bu yaxınlarda belə bir bəyanat vermişdi ki, bugünkü görüş əvvəlcədən planlaşdırılmışdı. Baxmayaraq ki, açıqlamanı skeptik qarşılamışdım, amma indi şübhələrim daha da artdı. Görünür ki, bu görüş əvvəlcədən planlaşdırılmış olmayıb və Ermənistan tərəfi yalan bəyanatlar yayıb. Sadəcə olaraq, İrəvanda başa düşürdülər ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri, həmçinin bu məsələlərin gündəmə gətirilməsi müəyyən narahatlıq doğurub və tərəflər arasında gərginliyi azaltmaq üçün belə bir görüş lazımdır. İndi aydın görünür ki, bu, daha çox strateji maraqların toqquşması və mövqelərin yenidən müəyyənləşdirilməsi ilə bağlıdır”.

Şərhçi qeyd etdi ki, şübhəsiz, görüşdə ABŞ-nin bölgədəki rolu, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsi və hər iki tərəfin maraqlarının toqquşduğu məqamlar müzakirə olunacaq:

“Bu görüşdə Ermənistana birbaşa və ya dolayı yolla ciddi mesaj verilməsi ehtimalı yüksəkdir. Hərçənd fikrimcə, Rusiya-Ermənistan münasibətləri təqdim olunduğu qədər gərgin deyil. Siyasi bəyanatlar verilsə də, müəyyən addımlar atılsa da, tərəflər arasında iqtisadi əlaqələr və qarşılıqlı ticarət getdikcə artır. Bu isə şübhələr yaradır ki, əslində münasibətlər göründüyü qədər gərgin deyil. Ermənistan Rusiyanın ona təqdim etdiyi şanslardan sui-istifadə edir. Bu baxımdan Ermənistana, “Bizim təqdim etdiyimiz qırmızı xətlərdən kənara çıxmayın”, tipli xəbərdarlıq edilməsi mümkündür”.

Günay  Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri