Mirzoyan Misirdə Azərbaycanın baş diplomatıyla Bakıdakı erməni separatçıların azad edilməsi haqda danışdı?..
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Mövcud sülh şəraitində bir sıra mühüm məsələlər üzrə əldə edilmiş razılaşmalara baxmayaraq, hələ də həllini gözləyən və əlavə səylər tələb edən bəzi məsələlər var".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransı zamanı deyib.
"Onlardan biri və ya birincisi, Bakıda saxlanılan girovların(Qarabağda həbs edilmiş erməni separatçı liderlər və terrorçular-S.L.) azad edilməsi məsələsidir. Biz bu istiqamətdə gündəlik işlər görürük. Ola bilər, bu, heç də həmişə gözə dəymir, heç də təsirli deyilik, amma biz bu işi həyata keçiririk. Bu məqamda mən də ümid edirəm ki, bununla bağlı yaxşı xəbərlərimiz olacaq. Daha doğrusunu desək, dünən Şarm əl-Şeyxdə azərbaycanlı həmkarımla(XİN rəhbəri Ceyhun Bayramov nəzərdə tutulur- S.L.) bu məsələni bir daha müzakirə etdik", - deyə Ermənistanın baş diplomatı əlavə edib.
S.Laçın
Mirzoyan Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisi bağlandığından üçüncü ölkələrin də bu prosesdə iştirakının vacibliyini vurğulayıb.


