Misir Azərbaycan Dostluq Cəmiyyətində xalçaçılıq kursunu uğurla bitirənlərə sertifikatlar verilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 4 fevral, AZƏRTAC
Misir-Azərbaycan Dostluq Cəmiyyətində xalçaçılıq kursunu bitirən tələbələrin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kursu uğurla bitirən 16 tələbəyə sertifikatlar təqdim edilib.
Cəmiyyətin İdarə Heyətinin sədri, Misirdəki Azərbaycan icmasının rəhbəri və Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, cəmiyyətin nəzdində təşkil olunan ödənişsiz kurslara maraq gündən-günə artır. Bu kontekstdə xalçaçılıq kursu da istisna deyil. Kursa qoşulan yeni tələbələri salamlayan S.Nəsirov Xalça toxumağın sirlərini öyrənmək istəyənlər arasında misirlilərlə yanaşı, Qahirədə olan digər xalqların da nümayəndələri olduğunu vurğulayıb. “Kursda, milli eskizlərimizlə yanaşı, Misir ənənələri əsasında xalçalar hazırlanır və hər kursun sonunda kəsilərək nümayiş olunur. Sanki biz iki mədəniyyəti xalça ilmələrində qovuşdururuq. Misirli xalçaçı Camal Məhəmməd Əbdülhəmid bu qədim sənətin sirlərini tələbələrə həvəslə öyrədir”, - deyə S.Nəsirov bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan bu sahədə dünya miqyasında qabaqcıl ölkələrdən biridir. Qeyd olunub ki, Ümumilli Lider Heydər Əliyev bu xalq irsinin qorunması, inkişaf etdirilməsi və nəsillər boyu ötürülməsi istiqamətində böyük işlər görüb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, həmçinin iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb.
S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















