Icma.az
close
up
RU
Misir bu ölkəyə hərbi yardım göndərməyə hazırlaşır

Misir bu ölkəyə hərbi yardım göndərməyə hazırlaşır

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Misir parlamentinin deputatlarının əksəriyyəti Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi təşəbbüsünü dəstəkləyir. Bununla belə, bəzi deputatlar mümkün hərbi missiyanın hüquqi əsasları və müddəti barədə əlavə məlumat tələb ediblər.

Bu barədə Misir parlamentinin deputatı İmadəddin Hüseyn "Al-Ghad” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, parlamentdə Səudiyyə Ərəbistanına hərbi yardım məsələsinin müzakirəsinin təxirə salınmasının səbəblərindən biri də deputatların əlavə izahat tələb etməsidir.

"Deputatların böyük əksəriyyəti Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ilə həmrəylik nümayiş etdirir. Lakin bəzi deputatlar nəzərdə tutulan hərbi yardımın xarakteri, müddəti və missiya komandanlığına veriləcək səlahiyyətlər barədə daha ətraflı məlumat istəyiblər”, – Hüseyn bildirib.

Deputat vurğulayıb ki, hazırda parlamentdə müharibə elan olunması məsələsi müzakirə edilmir. Bununla belə, onun sözlərinə görə, Fars körfəzində baş verən hadisələr Misiri daha qətiyyətli mövqe tutmağa məcbur edir.

Hüseyn qeyd edib ki, Qahirə Məkkə Paktına qoşulmasa da, Səudiyyə Ərəbistanının ehtiyac duyduğu hərbi yardımı və Misir Silahlı Qüvvələrinin bu istiqamətdə imkanlarını Ər-Riyadla müzakirə etməyə hazırdır.

Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, müharibə elan edilməsi və ölkə xaricinə qoşun göndərilməsi məsələlərinə Milli Müdafiə Şurası və parlament tərəfindən baxılmalıdır.

Oktyabrın 18-də Misirin Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsini təsdiqləyib.

Parlament isə məsələ ilə bağlı müzakirələri oktyabrın 26-na təxirə salıb.

///teleqraf///

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Oktyabr 2026 06:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri