Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan adlı rəsm sərgisi açılıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “My Way” və “Esmeralda” rəsm studiyasının təşkilatçılığı ilə "Azərbaycan" adlı rəsm sərgisi keçirilib.
525.az-a Mərkəzdən verilən məlumata görə, sərgidə amerikalı və azərbaycanlı uşaqların Azərbaycana aid rəsmləri nümayiş etdirilib.
Tədbirin açılışını edən Mərkəzin müdiri Dr. Tarek Mohammad qonaqları salamlayıb və uşaqlara uğurlar arzu edib.
Daha sonra çıxış edən “My Way” studiyasının direktoru Alyona Bədəlova Azərbaycanı görmədən onun haqqında rəsmlər çəkən uşaqların ölkəmizə sevgisindən danışıb.
“Esmeralda” rəsm studiyasının direktoru Esmeralda Tağızadə çıxış edərək belə şəraiti yaratdığı üçün Mərkəzin müdirinə öz təşəkkürünü bildirib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə şəkli çəkdirilib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 04 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















