Icma.az
close
up
RU
Misir Mərdanov Ermənistandakı evinə getdi və bunları gördü...

Misir Mərdanov Ermənistandakı evinə getdi və bunları gördü...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş təhsil naziri Misir Mərdanov Azxəbər.com-a müsahibəsi zamanı diqqətçəkən məqama toxunub. Belə ki, sabiq nazir Paşinyanın onların rayonundan olduğunu bildirib.

Sitat: “Ermənistanın baş naziri Nikol Paşinyan bizim İcevan rayonundandır. Paşinyanın əmisi həmin rayonun ən tanınmış cərrahlarından biri idi və bölgədə yaşayan azərbaycanlıların əməliyyata ehtiyacı olduqda məhz onun yanına gedirdilər”.

Maraqlıdır, Misir Mərdanovun Paşinyanın yaxınları ilə əlaqəsi varmı?

Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib.

O, Paşinyanın əmisinin rayonda həkim kimi çalışdığını və ehtiyac yarandıqda insanların ona müraciət etdiklərini qeyd edib.

Misir Mərdanov, həmçinin 24 il əvvəl – 2001-ci ildə İrəvana səfəri zamanı doğma evini ziyarət etdiyini də açıqlayıb:

“Evimizin yerini çox gözəl xatırlayıram. 2001-ci ildə Gürcüstana getdim, oradan da Gürcüstan Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə İrəvana yollandıq. Universitetlərarası regional konfrans keçirilirdi. Həmin vaxt Ermənistan prezidentinə müraciət edərək evimizə getmək üçün şərait yaradılmasını xahiş etdim. Onlar mənim üçün mühafizə təşkil etdilər və doğma evimizi ziyarət etdim”.

M.Mərdanov qeyd edib ki, həmin vaxt evdə yaşlı erməni ər-arvad yaşayırmış:

“Evimizdə yaşlı bir kişi və qadın yaşayırdı. Onlar orada müvəqqəti yaşadıqlarını bilirdilər. Mən ali məktəbə qəbul olduqdan sonra Bakıda qalmalı oldum 1981-ci ildə valideynlərim də Bakıya köçdülər. Gələndə evimizi müvəqqəti olaraq kəndlimizə tapşırmışdılar. Evə gedəndə erməni ailə artıq bilirdi ki, mən evin sahibinin oğluyam”.

Sabiq nazir erməni ailənin onu səmimi şəkildə qarşıladığını da əlavə edib:

“Düzünü desəm, məni çox yaxşı qarşıladılar. Yaşlı ər-arvad idilər. Əvvəlcədən onlara bildirmişdilər ki, evin sahibi gələcək. Onlar bizim üçün süfrə açmışdılar, yemək hazırlamışdılar. Lakin özümlə yemək apardığıma görə yalnız öz gətirdiyim yeməklə kifayətləndim. Onların hazırladığı yeməklərə toxunmadım”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri