Icma.az
close
up
RU
“Misir Mərdanova yazdım ki, atanıza rəhmət oxuyuram...”

“Misir Mərdanova yazdım ki, atanıza rəhmət oxuyuram...”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Bildiyiniz kimi, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların bir-birinə qarşı amansızlığı, aqressiv münasibətləri sanki gündən-günə güclənməkdədir. Xüsusən son həftələrdə bizlər bir sıra dəhşət doğuran, tükürpərdici olayların şahidi olduq. Gəncədə bir 11-ci sinif şagirdi həddindən artıq amansızlıqla qətlə yetirildi, Qusarda 2-ci sinif şagirdi olan oğlan cinsi zorakılığa məruz qaldı. Bunlardan əvvəl də bir çox intiharlar və amansız qətllər baş vermişdi: biri həyat yoldaşını, o biri atasını, digəri anasını, başqa biri qardaşını amansızlıqla qətlə yetirir...  Siz ölkədə tanınmış bir sima, bir partiya sədri, eyni zamanda bir əhli-beyt mənsubu olaraq dinimizə - İslama vaqif olan bir şəxs kimi cəmiyyətdə insanların həm özlərinə, həm də bir-birlərinə qarşı bu cür aqressiv münasibətinin, amansızlığının səbəblərini nədə görürsüz, onların aradan qaldırılması üçün nələr düşünürsüz?” 

 Bu sualla müraciət etdiyimiz Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında aşağıdakıları söylədi:

 “Əslində qaldırdığınız problem bütövlükdə cəmiyyətin idarə olunması, insanların bir-birinə münasibəti, həyat tərzi, psixoloji durumuyla, eləcə də təlim-tərbiyə, təhsil, dünya görüşü ilə bağlı olan bir məsələdir. Və bir də burada əsas səbəblərdən biri cəmiyyətə müxtəlif yollarla təlqin edilən kütləvi psixozdur. Bu da hazırlanır. Özü də yalnız xarici düşmən tərəfindən yox, həm də düşmənə bilərəkdən, yaxud bilməyərəkdən xidmət edənlər tərəfindən həyata keçirilir. Bəli, bir-birinə qarşı amansızlığın, aqressiyanın çoxalması cəmiyyətin, ölkənin çox ciddi problemidir. Bunun üçün konkret olaraq söz demək, diaqnoz qoymaq, bu problemi aradan qaldırmaq da çətindir. Eyni zamanda müəyyən şərtlər daxilində bunu həll etmək asandır. O zaman asan olar ki, həmin problemi həll etmək üçün konkret konsepsiya, davranış tərzi tətbiq edilsin. Məsələn, biz məsələlərə biz özümüz onları yaşayıb münasibət bildiririk, bir də var tarixdən öyrənib münasibət bildiririk. Əlimizdə hər hansı imkan, vəzifə, səlahiyyət olanda məsələlərə baxışımız bir cür olur, olmayanda başqa cür olur...

Sözsüz ki, qeyd etdiyiniz problem aradan qaldırılması vacib olan, mümkün olan və boynumuzun borcu olan bir məsələdir. Bunun üçün öncə media, telekanallar, yəni təbliğat vasitələrimiz qaydasında və düzgün olmalıdır. Həm də bilgisizlik aradan qaldırılmalıdır. Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur. Aqressiyanın, amansızlığın çoxalması həm də savadsızlıqdan, cahillikdən qaynaqlanır. Çox təəssüf ki, bu var...

İnsanların bir-birinə normal, insani münasibəti olmalıdır. Qaydasında olmalıdır. Əlindən bir işgəlməyən və yaxud gələn, xarici görünüşü ilə daxili aləmi fərqli olan, təzad təşkil edən adamlar daim öndədirlər, efirdədirlər – bunların da təsirləri var... 

Bu məsələyə hökumətin konkret bir yanaşması olmalıdır. Bizim belə məsələlərdə dədə-babadan qalma adət-ənənələrimiz, törələrimiz var ki, bunlar öndə olmalıdır. Və bir də, ən əsası, ağıl öndə olmalıdır. Məsələn, adamlar hər hansı bir ekstremal vəziyyətdə özlərinə nəzarəti itirirlər, ruhi həyəcan, anlaqsız vəziyyətdə olurlar. Bunlar da nəzərə alınmalıdır... 

Əsas səbəblərdən biri də təlim-tərbiyənin, təhsilin lazımi səviyyədə olmamasıdır. Halbuki, yaxın keçmişimizdə məktəb təlim-tərbiyəsi, təhsili görməyən insanlarımız var idi ki, davranışları tam olaraq milli törələrimizə uyğun idi. Savadları olmasa da, adət-ənənəyə, qaydalara ciddi riyaət edirdilər. Çünki onlar üçün dədə-babadan qalma bir nümunə var idi... Elə çağdaş cəmiyyətin ağrılı problemlərindən biri də nümunə götürüləcək insanlarımızın az olmasıdır... 

Bu yaxınlarda hörmətli insanlarımızdan biri olan keçmiş təhsil naziri Misir Mərdanovun media və sosial şəbəkədə sovet dövrünün nümunəvi maarif nazirlərindən biri olmuş akademik Mehdi Mehdizadə haqqında çox gözəl bir məqaləsini oxudum. Və sosial şəbəkədə həmin yazıya bir şərh yazdım. Yazdım ki, Misir müəllim, siz nazir olan zaman sizi hər zaman tənqid etdim. Ona görə ki, tənqidə layiq idiniz. Amma bəxtiniz gətirdi və sizdən sonra elə adamlar gəlib nazir oldular ki, mən daim öz böyüklərimə, ata-anama rəhmət oxuduğum kimi sizin atanıza da rəhmət oxuyuram... Yəni bununla onu demək istəyirəm ki, insan gərək özü hansısa vəzifə başında, kürsüdə oturanda öz sözü və əməlləriylə cəmiyyətə nümunə göstərməyə çalışmalıdır. Təbii ki, insanlar özlərinə, öz savad və əxlaqlarına uyğun vəzifə tutmayanda da bu, cəmiyyətdə də öz təsirini qoyur və insanlarda aqressiya yaradır...  Nümunələr olanda, hər kəs öz yerində olanda isə ölkədə, cəmiyyətdə də təzadlar, anormal hadisələr getdikcə azalacaqdır... 

Düzdü, dinimizin, islami bilgilərin də cəmiyyətdəki aqressiyanın azaldılmasında rolu ola bilər. Bəli, demək lazımdır ki, dinimiz, Quranımız, Peyğəmbərimiz intiharı, günahsız adam öldürməyi haram, qadağan edir. Amma məsələ ondadır ki, dinimizi də yetərincə insan lazımi səviyyədə bilmir və təəssüf ki, bilənlər də bildiklərinə əməl eləmir. Yenə gəlib çıxırıq nümunə məsələsinə...  Tutaq ki, mən sözügedən məsələlərin bilicisi kimi sizin suallarınıza təmtəraqlı və ətraflı cavablar verdim. Fəqət, əgər mən özüm gerçək həyatda öz dediklərimə əməl etmirəmsə, bu bilgilərimdən xalqa, cəmiyyətə nə fayda olacaq? Məni dinləyənlər dediklərimı oxuyacaqmı, dinləyəcəkmi, onlara inanacaqmı, məni bir nümunə kimi qəbul edəcəkmi? Xeyr. Odur ki, cəmiyyətdə bu və digər problemlərin həlli üçün öncə həmin problemləri həll etməli olanlar öz əməlləri ilə cəmiyyətə, vətəndaşlara bir nümunə olmalıdır. Əks halda, yəni insanlar teleekranda, qəzetdə, saytda hay-küylə danışılanları dinləyib onları danışanların əməllərində tamamilə əks şeylər görəcəksə, heç bir problemimiz həllini tapmayacaq, o halda bir-birimizə qarşı amansızlıq da, aqressiya da güclənəcək...”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri