Misir millisində Salah böhranı
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misir milli komandasının düşərgəsində Məhəmməd Salah ilə baş məşqçi Hossam Həsən arasında yaranan gərginlik yeni müstəviyə keçib. Ulduz futbolçunun Cənubi Sudanla görüşdə iştirak etməməsi ətrafında yaranan şayiələrə ölkənin Gənclər və İdman Nazirliyi münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, nazir Qohar Nabil tərəflər arasında yaranan narazılığı aradan qaldırmaq və yığmadakı sabitliyi bərpa etmək üçün şəxsən hərəkətə keçib.
Gənclər və İdman Nazirliyinin rəsmi mətbuat katibi Məhəmməd Əl-Şazli açıqlamasında bildirib ki, nazirlik milli komanda ətrafında baş verən prosesləri yaxından izləyir. O, həmçinin nazirin Misir Futbol Assosiasiyasının prezidenti Hani Abo Rida ilə də görüşdüyünü, milli komandanın ümumi sabitliyi və heyətin Cənubi Sudandakı təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib. Mətbuat katibinin sözlərinə görə, komanda səfərdən qayıtdıqdan sonra daha geniş addımlar atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Sentyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















