Misir radiosunda Misir Azərbaycan əlaqələrindən danışılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Misir radiosunda Azərbaycanla əlaqələrin tarixindən, hazırkı vəziyyətindən və perspektivlərindən danışılıb.
AZƏRTAC xəbər verir ki, Misir Radiosunun sədri Əbdürrəhman əl-Bəsyuni proqramda ölkəmizin mühüm geosiyasi mövqeyinə və tarixən formalaşmış multikulturalizm ənənələrinə toxunub.
Verilişin qonağı olan Azərbaycanın Qahirədəki səfiri Elxan Poluxov ölkələrimiz arasında əlaqələrin tarixindən və müasir vəziyyətindən, multikulturalizm ənənələrindən, enerji və tranzit imkanlarından danışıb.
Söhbət ərzində Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi qeyd olunub. Ölkəmizdə UNESCO-nun irs siyahılarına salınmış abidələrimiz və qeyri-maddi irs nümunələrimiz, həmçinin Azərbaycanın turizm imkanları barədə danışılıb.
Eyni zamanda, verilişdə iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ölkəmizdəki investisiya mühiti söhbətin mövzusu olub.
Verilişin sonunda Azərbaycan səfirinə Misir Radiosunun xüsusi xatirə plaketi təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 06 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















