Misir sahillərində yaxtanın qəzaya uğraması nəticəsində ölən 3 nəfərin cəsədi tapılıb
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misirin Marsa Alam kurort şəhəri sahillərində turist yaxtasının batması nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.
Bu barədə “ Al Masry Al Youm” qəzeti məlumat yayıb.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfi, "Qırmızı dəniz sahillərində təbii fəlakət nəticəsində itkin düşənlərin tapılması üçün aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 3 nəfərin cəsədi aşkar edilib, 13 nəfər isə hələ də itkin düşmüş hesab olunur",- deyə qeyd edib.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları noyabrın 25-dən davam edir.
Axtarışlara ölkənin donanması, dəniz gəmiləri və helikopterləri cəlb olunub.
Mövsüm
AzNews.az

Yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var
25 Noyabr 2024 15:12
38 nəfərin hamısının cəsədi tapılıb Rəsmi
26 Dekabr 2024 10:41
Qəzzada daha 11 nəfərin cəsədi tapılıb
11 Fevral 2025 16:19
ABŞ nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb
13 Fevral 2025 21:38
İsveçrənin Alp dağlarında təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
18 Mart 2025 21:56

