Icma.az
close
up
RU
Dövlət Təqaüd Proqramı: Gənclər üçün beynəlxalq təhsil və milli inkişaf fürsəti

Dövlət Təqaüd Proqramı: Gənclər üçün beynəlxalq təhsil və milli inkişaf fürsəti

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsil almaq istəyən gənclərə növbəti qeydiyyat mərhələsi üçün qapılar açılıb. Bu proqram istedadlı, bilikli və vətəninə xidmət etməyə hazır gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradır.

Proqram haqqında əsas məlumatlar nələrdir? Qeydiyyat prosesi və seçim meyarları hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib ki, Dövlət Təqaüd Proqramının əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün prioritet sahələr üzrə ixtisaslaşmış kadr ehtiyatını təmin etməkdir. Bu proqramla dövlət, dünyanın aparıcı ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin təhsil, yaşayış və digər əsas xərclərini qarşılayır:

“2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı”nın əsas məqsədi  Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Proqram gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq beynəlxalq səviyyəli bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır. Təhsillərini başa vurduqdan sonra bu gənclərin əldə etdikləri təcrübəni Azərbaycanda tətbiq etmələri, ölkənin inkişafına töhfə vermələri proqramın mühüm strateji hədəflərindən biridir. Beləliklə, proqram bir tərəfdən fərdi inkişaf imkanları yaradırsa, digər tərəfdən dövlətin insan kapitalını gücləndirir".

Ekspert əlavə edib ki, Dövlət Təqaüd Proqramı yalnız strateji əhəmiyyət daşıyan sahələr üzrə təhsili dəstəkləyir. Bu ixtisaslar Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin dayanıqlı inkişafı üçün prioritet sayılır. Hər il əmək bazarının tələbləri nəzərə alınaraq sahələr və ixtisas istiqamətləri yenilənə bilər:

"Bu ixtisaslar üzrə xaricdə təhsil alan tələbələr gələcəkdə Azərbaycanda ixtisaslı kadr çatışmazlığının qarşısını almaqda mühüm rol oynayacaqlar. Əgər bu sahələrdən biri üzrə marağınız və potensialınız varsa, bu proqram sizin üçün böyük fürsət yarada bilər".

Aisa Aslanova: Əgər tələbə istedadlı, məqsədyönlü və inkişaf yönümlü gənclərdəndirsə, bu fürsəti qaçırmamalıdır

Aisa Aslanova qeyd edib ki, Dövlət Təqaüd Proqramına müraciət etməzdən əvvəl namizədlərin bir sıra vacib məqamları bilməsi tövsiyə olunur. Bu, həm sənəd hazırlığında, həm də qəbul prosesində uğur qazanmaq üçün mühüm rol oynayır: 

"İlk növbədə qeyd edilməlidir ki, proqram yalnız prioritet sahələr üzrə təhsili dəstəkləyir. Yəni hər hansı sahədə deyil, yalnız dövlətin müəyyən etdiyi ixtisaslar üzrə təhsil üçün təqaüd almaq mümkündür. Namizədin xarici universitetdən qəbul məktubu olması mütləqdir. Təqaüd yalnız artıq qəbul almış namizədlərə verilir. Dil biliyi əsas şərtlərdən biridir. Ən azı B2 səviyyəsində ingilis dili (və ya təhsil dili) biliyini təsdiq edən beynəlxalq sertifikat (IELTS, TOEFL və s.) tələb olunur. Akademik göstəricilər yüksək olmalıdır. Əvvəlki təhsil pilləsində orta müvəffəqiyyət göstəricisi (GPA) minimum 80 bal və ya 2.80/4.00 səviyyəsində olmalıdır. Motivasiya məktubu çox önəmlidir. Komissiya namizədin təhsil planlarını, gələcək məqsədlərini və vətənə töhfə verə biləcəyini bu məktub vasitəsilə qiymətləndirir. Təhsili başa vurduqdan sonra Azərbaycana qayıdış öhdəliyi var. Təqaüdlə təhsil alanlar məzun olduqdan sonra müəyyən müddət ərzində ölkədə işləməlidirlər. Bu, proqramın əsas prinsiplərindən biridir. Seçim çoxmərhələlidir. İlkin sənəd yoxlanışından sonra namizədlər müsahibəyə dəvət olunur. Müsahibədə akademik hazırlıq, şəxsi motivasiya və vətənpərvərlik mövqeyi qiymətləndirilir".

Son olaraq həmsöhbətimiz qeyd edib ki, 2022–2028-ci illər üzrə Dövlət Təqaüd Proqramı Azərbaycanın gələcəyinə sərmayədir. Bu proqram gənclərə dünyanın aparıcı ali təhsil müəssisələrində oxumaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaratmaqla yanaşı, ölkəyə faydalı kadr kimi qayıdıb xidmət etmələrini də hədəfləyir:

"Əgər tələbə istedadlı, məqsədyönlü və inkişaf yönümlü gənclərdəndirsə, bu fürsəti qaçırmamalıdır. Müraciət müddətini qaçırmadan, sənədlərini vaxtında və düzgün şəkildə təqdim edən tələbə gələcəyini qurmaq üçün ilk addımı atmış olacaq. Unutmamaq lazımdır ki, bu proqram yalnız təhsil fürsəti deyil, həm də məsuliyyətli gələcəyin başlanğıcıdır".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri