Misir və Səudiyyə Ərəbistanı İranı pisləyən bəyanat verdi
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Misir İranın ərəb ölkələrinə hücumlarını pisləyib və bu cür hərəkətlərin bütün region üçün nəticələri barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Misir İranın Bəhreyn, İordaniya, Qətər, Küveyt və BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkəsinin suverenliyini pozmasını qətiyyətlə pisləyir. Bu cür hərəkətlər bütün regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərəcək. Rəsmi Qahirə Yaxın Şərqdə güc tətbiqinin yalnız yeni zorakılıq dalğasına səbəb olacağına inanır”, - bəyanatda qeyd edilib.
XİN münaqişələrin həlli üçün diplomatiyadan istifadə etməyə çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də İranın Bəsrə körfəzi ölkələri və İordaniyaya endirdiyi zərbələri qətiyyətlə pislədiyini açıqlayıb:
“Səudiyyə Ərəbistanı İranın Bəhreyn, İordaniya, Qətər və Küveytin suverenliyini pozmasını qətiyyətlə pisləyir və bu ölkələrlə həmrəy olduğunu bəyan edir”.
Rəsmi Ər-Riyad beynəlxalq ictimaiyyəti hərəkətləri bütün regionun sabitliyi və təhlükəsizliyini təhdid edən İrana qarşı lazımi tədbirlər görməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Fevral 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















