Icma.az
close
up
RU
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Misir arxeoloji ekspedisiyası Dəhla oazisindəki “Bir Əl-Şağala” arxeoloji məkanında Roma dövrünə aid özünəməxsus piramida formalı sərdabə aşkar edib.

AZƏRTAC “Əl-Əhram” nəşrinə istinadla xəbər verir ki, sərdabə nadir daş girişə, qədim Misir mətnləri toplusu olan “İmi-Duat”dan götürülmüş dəfn səhnələrinə və qaya üzərində yunan dilində yazılmış 19 sətirlik dəfn ağısına malikdir.

Çiy kərpicdən tikilmiş və bir kişi ilə həyat yoldaşının dəfni üçün istifadə edildiyi güman edilən sərdabənin qeyri-adi memarlıq quruluşu, həmçinin Misir, yunan və Roma elementlərinin vəhdəti həmin dövrdə bu oazisdə dəfn adətləri və mədəni həyat haqqında yeni məlumatlar təqdim edir.

Ən diqqətçəkən tapıntılar arasında qədim yunan dilində yazılmış ağını (matəm mətni) əks etdirən daşdan hazırlanmış dəfn stelası yer alır. İlkin tədqiqatlara əsasən, hakim vəzifəsində çalışdığı ehtimal edilən Piseçtes adlı şəxsə həsr olunmuş bu 19 sətirlik mətn Roma dövründə vahədə çiçəklənən ədəbi və mədəni fəaliyyətə dair sübutlar təqdim edir.

Bundan başqa, sərdabənin pilləkəni Misir memarlıq üslubunda tikilmiş girişə aparır. Giriş hissəsi dəfn duaları və qoruyucu mətnləri ehtiva edən batıq relyefli heroqlif yazıları ilə bəzədilib. Tikilinin yuxarı hissəsində qanadlı Günəş diski və iki kobra ilə bəzədilmiş Misir üslublu karniz, onun ardınca isə qamış dəstəsini xatırladan memarlıq elementi yerləşir. Girişin üst hissəsindəki daşda qədim Misirin “Yeraltı dünya kitabı” olan “İmi-Duat”ı təsvir edən nadir dəfn səhnəsi əks olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri