Icma.az
close
up
RU
Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib AZƏRTAC

Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 22 noyabr, AZƏRTAC

Noyabrın 21-də Misir-Britaniya Universitetində Misirin dövlət və ictimai xadimlərinin, diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin adıçəkilən universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.

Tədbiri açan Misir-Britaniya Universitetinin rektoru, professor Məhəmməd Lutfi çıxışında belə bir tədbirin onun rəhbərlik etdiyi elm ocağında keçirildiyindən məmnunluğunu ifadə edib, bir neçə gün öncə Misir-Britaniya Universitetinin ADA Universiteti ilə birlikdə Bakıda COP-29 tədbirində iştirak etdiyini bildirib.

Sonra səfir Elxan Poluxov çıxış edərək deyib ki, konsert Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Azərbaycanın COP29-a ev sahibliyi etməsinə həsr olunub.

Azərbaycanla Misir arasında əlaqələrin ildən-ilə genişləndiyini bildirən diplomat, bu il ölkəmizin Qahirədə səfirliyinin açılmasının 30 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, münasibətlərin bu səviyyəyə çatması iki ölkənin siyasi liderlərinin müdrik rəhbərliyi sayəsində mümkün olub. Səfir diqqətə çatdırıb ki, ən yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar və dostlar olduğunu bir daha göstərir.

Belə tədbirlərin Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün əla fürsət olduğunu bildirən səfir, gecədə iştirak etmək üçün Qahirədə səfərdə olan dünya şöhrətli bəstəkar və dirijor Tofiq Bakıxanovu iştirakçılara təqdim edib.

Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsərindən parçalar, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konserti, Fikrət Əmirovun “Şur” simfonik muğamı səslənib.

Azərbaycan musiqiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri