Misli Premyer Liqası: “Neftçi” “Turan Tovuz”un, “Zirə” “Səbail”in qonağı olacaq AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 21 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Tovuzda “Neftçi” və “Turan Tovuz” komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Turnir cədvəlində Qərb təmsilçisi 31 xalla 3-cü, Bakı klubu 16 xalla 7-ci sırada qərarlaşıb.
Günün son matçında isə “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da start götürəcək oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Hazırda “qartallar” 27 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıblar. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















