Misli Premyer Liqası: Zirə Turan Tovuz oyununda qalib müəyyənləşməyib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” və “Turan Tovuz” komandaları qarşılaşıb. “Zirə” İdman Kompleksində keçirilən görüş qolsuz heç-heçə ilə baş çatıb.
Hazırda Bakı təmsilçisi turnir cədvəlində 27 xalla dördüncü, Tovuz klubu isə 31 xalla üçüncü sırada qərarlaşıb.
Günün son qarşılaşmasında isə "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edəcək. “Neftçi Arena”da oynanılacaq matç saat 18:30-da start götürəcək. “Ağ-qaralar" turnir cədvəlində 13 xalla səkkizinci, "sarı-göylər" isə 10 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, turun ötən gün baş tutmuş oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” - “Səbail” görüşündə isə qapılara qol vurulmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















