Misli Premyer Liqası: Zirə Sumqayıta qalib gəlib
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.
SİA xəbər verir ki, "Zirə" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Görüş ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk oyununda "Kəpəz" səfərdə "Şamaxı"ya minimal hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.

