Icma.az
close
up
RU
MIT araşdırdı. Süni zəka 20 milyon amerikalını işsiz edə bilər

MIT araşdırdı. Süni zəka 20 milyon amerikalını işsiz edə bilər

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ-da durğunluq yaşayan iş bazarında süni zəkanın işçilərin yerini əvəz edib-etmədiyi və ya işəgötürənlərin işçiləri işdən çıxarıb qalanlara daha çox yük vermək üçün bəhanə tapıb-tapmadığı mövzusu davamlı müzakirə olunur. Bu arada Massachusetts Texnologiya İnstitutu (MIT) tərəfindən aparılan yeni bir araşdırma müzakirələri daha da gücləndirdi.

Sherg.az xəbər verir ki, MIT-nin 151 milyon amerikalı işçini analiz etdiyi araşdırma, mövcud süni zəka sistemlərinin ölkədə 20 milyondan çox işçinin vəzifələrini avtomatlaşdırmağa kifayət qədər yetişdiyini ortaya qoyur.

Bu isə ABŞ işçi qüvvəsinin təxminən 11,7%-ni hazırda süni zəkanın əvəz edə biləcəyi anlamına gəlir.

Araşdırmada hansı vəzifələrin süni zəka tərəfindən avtomatlaşdırıla biləcəyi və bu vəzifələrin maliyyə dəyəri incələnib.

Avtomatlaşdırıla bilən vəzifələrin ümumi dəyəri 1,2 trilyon dollar olmaqla, ABŞ iş bazarının 9,4 trilyon dollarlıq ümumi əmək haqqı dəyərində böyük bir sarsıntı yarada bilər. Eyni zamanda bu səviyyədə avtomatlaşdırma təmin edə biləcək şirkətlər üçün böyük bir qazanc imkanı deməkdir.

Araşdırmada MIT ilə Oak Ridge Milli Laboratoriyası (ORNL) tərəfindən hazırlanmış Iceberg Index adlı alət istifadə edilib. Bu alət yalnız texnologiya mərkəzlərini deyil, ABŞ-ın bütün ştatlarındakı 151 milyon işçinin süni zəkanın təsirinə necə məruz qalacağını simulyasiya edir.

Simulyasiyada hər bir işçi, 32 mindən çox bacarığı icra edən və minlərlə süni zəka aləti ilə qarşılıqlı təsirə girən avtonom bir agent olaraq modelləşdirilib. Tədqiqatçılar həmçinin bu günkü süni zəkanın həssas olduğu bacarıqları müəyyənləşdirərək, hər bir peşədə süni zəkanın əvəz edə biləcəyi vəzifələrin əmək haqqı dəyərini hesablayıblar.

Hazırda süni zəkanın yaratdığı pozuntu səviyyəsi 2,2% təşkil edir; bu da 211 milyard dollarlıq əmək haqqı dəyərinə uyğundur.

Araşdırma qrupu bunun “buzdağının görünən hissəsi” olduğunu bildirərək, süni zəkanın daha geniş miqyaslı bir transformasiyaya hazır olduğunu vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri