Icma.az
close
up
RU
Mixail Belyayev: 2025ci ildə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivləri yüksəkdir

Mixail Belyayev: 2025ci ildə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivləri yüksəkdir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bayden administrasiyasının çox az vaxtı qalıb. Və bu “uşaqlar” sonda "hoqqalar" və "hiylələr" üzrə"son akkordlar"ını verirlər”

Tanınmış rusiyalı politoloq Mixail Belyayev “Moskva-Baku” portalına müsahibəsində 2025-ci ildə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivlərini və reguinda yaranmış mövcud situasiyanı şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mixail Kimoviç Ermənistanın baş nazirinin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı son bəyanatlarına əsaslansaq, 2025-ci ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması şansı daha böyükdürmü?

- Mən belə düşünürəm. Görünür, Ermənistanın baş naziri reallıqdan daha ayıq şəkildə xəbərdar olub. O, Qərbin Ermənistan üçün “cənnət bağları” salmağa başlayacağını düşünürdü. Amma məlum oldu ki, gələn il “cənnət bağları” ilə respublika üçün problem yarana bilər. Görünür, bu baxımdan Nikol Paşinyan da anlamağa başlayıb ki, Ermənistan hələ də Rusiyasız heç nə edə bilməz.

Təbii ki, bir ölkə özünü Qərbə yönəldə bilər, buna heç kim qadağa qoymur, lakin əgər onun Rusiya ilə ənənəvi qonşuluq, iqtisadi, siyasi əlaqələri varsa, o zaman onun zorla Qərbə doğru sürüklənməsi göz qabağındadır. Ermənistanın problemi göründüyü kimi asan və sadə deyil. Paşinyan isə şüuraltı olaraq bunu anlayır. O, başa düşür ki, Rusiya ilə münasibətləri pozarsa, bu, Ermənistan üçün ciddi problemlərlə nəticələnəcək, Ermənistan sadəcə olaraq bütün sosial-iqtisadi nəticələri ilə müflis dövlətə çevriləcək.

Aydındır ki, Qərb Ermənistandan çox möhkəm yapışmaq və onun vasitəsilə Cənubi Qafqazda anti-Rusiya siyasəti yürütmək istəyir. Amma Paşinyan, təcrübənin göstərdiyi kimi, ümumiyyətlə, hər zaman, lazım gələrsə, vəziyyət tələb edərsə, Rusiya Federasiyası ilə münasibətlərin yaxşılaşdırılmasına “yellənməyə” hazırdır.

Ermənistan başa düşməlidir ki, Rusiya və Azərbaycanla münasibətlərdə kompromislər əldə olunarsa, o, Qərblə strateji qarşılıqlı fəaliyyətdən xeyli çox qazanc alacaq. Rusiya ilə əməkdaşlıqda Ermənistanın mövcudluğu daha etibarlı və davamlı olacaq, bu, respublikada firavan sosial-iqtisadi ab-havanın açarıdır. Ermənistanda müsbət, sabit sosial-iqtisadi ab-hava yalnız Rusiya ilə sıx qarşılıqlı əlaqə yolu ilə əldə edilə bilər.

Bir az unutduğumuz belə yaxşı birləşməni “dinc birgəyaşayış” kimi xatırlayıram. Bu, Ermənistanla Rusiya, Ermənistanla Azərbaycan, həmçinin, deyərdim ki, Rusiya ilə ABŞ arasında münasibətlərə aiddir. 2025-ci ildə dünyada bir sira məsələlər Donald Tramp Amerikada hakimiyyətə gələndə ABŞ-ın xarici siyasətindən asılı olacaq. Onun ekssentriklikləri və müəyyən qəribəlikləri haqqında nə desələr də, Tramp hələ də praqmatistdir. Ayıq düşünən insandır. Onsuz da o, fikirləşir ki, ABŞ niyə Ukraynanı dəstəkləmək üçün bu qədər pul verir, görəsən, ABŞ niyə münaqişələrə bu qədər pul xərcləyir?!

Hesab edirəm ki, bu ümumi fonda Ermənistan və Azərbaycanın irəliyə doğru qəti addım atması və nəhayət, sülh sazişinin imzalanması şansı var.

-ABŞ-dan Azərbaycana qarşı davam edən tənqidlər barədə nə deyə bilərsiniz?

- Bayden administrasiyasının çox az vaxtı qalıb. Və bu “uşaqlar” sonda "hoqqalar" və "hiylələr" üzrə"son akkordlar"ını verirlər. Bunda təəccüblü heç nə yoxdur. Axı məlumdur ki, Azərbaycanla ABŞ arasında münasibətlər son vaxtlar xeyli pisləşib. Azərbaycan Respublikasının hakimiyyəti Vaşinqtonu ikili standartlara, regiona və ölkələrin daxili siyasətinə müdaxilə cəhdlərinə görə fəal şəkildə tənqid edir. Vaşinqton isə buna cavab olaraq Azərbaycan əleyhinə kampaniyasını davam etdirir.

Tərcümə- Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri