Icma.az
close
up
RU
Mixail Belyayev: Rusiya və Azərbaycan bütün çətin məsələləri həll edəcək MÜSAHİBƏ

Mixail Belyayev: Rusiya və Azərbaycan bütün çətin məsələləri həll edəcək MÜSAHİBƏ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Tanınmiş rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev Rusiya və Azərbaycan liderləri tərəfindən “Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə”nin imzalanmasının 3-cü ildönümü ilə əlaqədar “Moskva-Baku” portalına şərhində münasibətlərin gələcəyini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Mixail Kimoviç, fevralın 22-də Rusiya və Azərbaycan liderləri tərəfindən Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasından 3 il ötür. Münasibətlər müəyyən çətinliklərlə üzləşir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda bəyan etdi ki, bizim əlaqələrimiz müttəfiqlik olub və belə də qalmaqdadır və bu münasibətlərə zərbə vurmağa çalışanlar buna nail ola bilməyəcəklər. Bundan əlavə, görürük ki, Azərbaycan prezidenti bu yaxınlarda “Şimal-Cənub” sazişini təsdiqləyib, Rusiya ilə Azərbaycan qaz kəmərinin birgə tikintisini müzakirə edir, Bakıda keçirilən Asiya Parlament Assambleyasında Rusiyanın çoxqütblülük bəyannaməsi qəbul edilib. Hazırkı vəziyyətdə ikitərəfli münasibətlərin perspektivlərini necə qiymətləndirirsiniz?

- Bakı və Moskvanın qeyd etdiyiniz ikitərəfli iqtisadi və siyasi addımları ona görə mümkündür ki, ölkələrimiz arasında münasibətlər ciddi təmələ malikdir. Bu, tarixi, iqtisadi, coğrafi və istəsəniz, bəşəri təməldir. Buna ümumi çağırışların və qarşılıqlı strateji tərəfdaşlığın dəyərinin dərk edilməsi əlavə olunur. Münasibətlərin çətin dövründə belə, bu, belə qalacaq, bu cür təməl və dayaq nöqtələrini süni şəkildə yaratmaq mümkün deyil.

Dövlətlər arasında münasibətlərdə müxtəlif dövrlər var- bu, çay kimidir. Bəzən hər şey sakitdir, bəzən də dalğalar, suyun səviyyəsində azalma və ya artım var. Lakin çayın əsas axını irəli axmağa davam edirdi. Hər iki dövlətimiz suverendir, hər biri öz milli maraqlarını müdafiə edir. Münasibətlərdə həllini tələb edən məsələlərin ortaya çıxması normaldır. Amma bir daha qeyd etmək istərdim ki, əsas odur ki, dövlətlərimiz arasında münasibətlər ciddi əsaslara malikdir. Və bu daimidir. Azərbaycan da Rusiya kimi bu münasibətlərdə strateji perspektivlər görür. Bu daimidir. Biz bir-birimizlə yaxşı münasibətlərin vacibliyini çox yaxşı başa düşürük.

Azərbaycanın təkcə regionda deyil, bütövlükdə beynəlxalq siyasətdə statusu son illər xeyli yüksəlib. Rusiya isə bunu görür. Bir-birimizin milli maraqlarını dərk etməyə əsaslanan konstruktiv və mehriban qarşılıqlı fəaliyyətimiz bizə strateji tərəfdaşlığımız olmadığı halda belə çox bəhrə verə bilər.

Həm Bakı, həm də Moskva beynəlxalq platformalarda qarşılıqlı dəstəyi yüksək qiymətləndirirlər. Axı bu, yalnız dövlətlərimizi gücləndirir. Və dostluğumuzdakı problemlər yalnız bizə təsir edir, üçüncü tərəflərə bundan istifadə etmək imkanı verir və bu, yalnız bizə zərər verir.

Bütün bu illər ərzində qarşılıqlı fəaliyyətimiz prezidentlər Putin və Əliyev arasında yaxşı münasibətlərə əsaslanır. İlham Əliyev də Rusiya ilə əlaqələrin vacibliyini anlayır.

Belə əlaqələrin əsasını Heydər Əliyev qoydu. İlham Əliyev onun müdrik siyasətini davam etdirir, dövlətini müdrikliklə irəli aparır. O, dövlətin milli maraqlarına arxalanır və onun səsi bu gün dünya miqyasında inamla səslənir. Bu, hər şeyi əvvəlcədən hesablayan, hər şeyi əvvəlcədən ölçən bir strateqdir. Təbii ki, onun 2022-ci il fevralın 22-də Moskvada Vladimir Putinlə Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsini imzalaması, xüsusən də Ukraynadakı xüsusi hərbi əməliyyatın başlaması ərəfəsində balanslaşdırılmış qərar idi. Azərbaycan da buna Rusiya kimi strateji zərurət kimi baxırdı. Belə ciddi, irimiqyaslı sənədlər elə belə imzalanmır.

Müqayisə üçün qeyd edək ki, Rusiya və Amerika tərəfləri arasında Ər-Riyadda keçirilən danışıqların ilk raundunun Trampın əvvəlcədən planlaşdırdığı addım olduğu şübhəsizdir. Yeri gəlmişkən, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Rusiya Federasiyasından gələn nümayəndə heyətinə niyə qoşulub? Çünki iqtisadiyyatla çox şey bağlıdır.

Siyasət çox incə bir şeydir. Burada mütləq ağ və qara yoxdur. Vəziyyət daim dəyişir, indi də Rusiya ilə ABŞ arasında münasibətlərdə mümkün yaxşılaşma var. Və ölkənizin səsinin dünyada eşidilməsini istəyirsinizsə, milli maraqlara əsaslanaraq strategiyanızı həmişə əvvəlcədən hesablamalısınız.

Bu gün dünyada geosiyasi vəziyyət dəyişir və mən əminəm ki, Rusiya və Azərbaycan bundan sonra da iki xalqın mənafeyi naminə strateji qarşılıqlı fəaliyyətə arxalanmalıdırlar.

Azərbaycanın Rusiya ilə iqtisadi əməkdaşlıqda atdığı iqtisadi addımlar siyasi iqtisadın sadə məntiqidir. Azərbaycan Respublikası Qərblə Şərq arasında yerləşir, əla coğrafi mövqeyə malikdir və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin faydalarını dərk edir. Üstəlik, bu dəhliz Azərbaycan üçün Zəngəzur dəhlizi adlanan dəhlizlə bağlı məsələnin həllinə töhfə verə bilər.

Və ikitərəfli və çoxtərəfli layihələr, o cümlədən Rusiyadan Azərbaycan ərazisindən İrana qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqların getməsi faktı ciddi məsələlərdir. Bu o deməkdir ki, Moskva və Bakı əməkdaşlığın inkişafına sadiqdirlər.

Bunlar sadəcə yazılan sənədlər deyil, münasibətlərin qurulmuş əsasını vurğulayan və onun praktiki həyata keçirilməsini təmin edən sənədlərdir.

Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün çox perspektivli ölkədir, onun potensialı çox böyükdür. Nəqliyyat marşrutları qarşılıqlı əlaqənin çox mühüm tərkib hissəsidir, iqtisadiyyat– nəqliyyat marşrutları var, ticarət var, tərəqqi var. Bu isə iqtisadiyyatın əlavə inkişafıdır.

Şübhə yoxdur ki, Rusiya ilə Azərbaycan arasında bütün ən çətin məsələlər öz həllini tapacaq, çünki hər iki ölkənin hakimiyyət orqanları bu cür təlatümlərin faydasızlığını və zərərliliyini çox gözəl anlayır və bir-biri ilə strateji qarşılıqlı fəaliyyətin vacibliyini dərk edirlər. Ölkələrimizin ortaq cəhətləri çoxdur. Bunlar həm də Cənubi Qafqazda təhlükəsizlik məsələləridir.

Rusiya media məkanında bəzi siyasətçilər və digər insanlar tərəfindən bəzi bəyanatlara gəldikdə, onlar danışmazdan əvvəl “iki dəfə düşünmək” məntiqinə əməl etməli idilər. Çünki bu cür bəyanatlar mahiyyət etibarı ilə Rusiyanın Azərbaycanla strateji müttəfiqlik üzrə rəsmi siyasətinə ziddir.

Orjinal olmaq və ondan müəyyən xal qazanmaq istəyənlər də var, nəyisə başa düşməyənlər də var, 3-cü tərəflərə işləyib bunun üçün pul alanlar da var və s.

Tərcümə - Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see288

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see208

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see187

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see165

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see133

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see131

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see129

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri