Icma.az
close
up
RU
Mixail Finkel: “İrandakı azərbaycanlı qardaşlarımızı azad etmək lazımdır”

Mixail Finkel: “İrandakı azərbaycanlı qardaşlarımızı azad etmək lazımdır”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər İran və İsrail arasında artan hərbi-siyasi gərginlik regionun sabitliyi üçün əsas təhlükələrdən biridir. 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinə mümkün üçüncü zərbəni müzakirə etdiyi bir vaxtda, Tehran nüvə proqramı ilə bağlı yeni danışıqlara hazır olduğunu bəyan edir. Bu, tərəflər arasında uzunmüddətli münaqişənin diplomatiya və ya hərbi qarşıdurma ilə həll ediləcəyi sualını yenidən gündəmə gətirir.

İsrailin mövqeyi əsasən İrana qarşı "preventiv" zərbələrin zəruriliyinə əsaslanır. Lakin bu yanaşma regionda genişmiqyaslı müharibə riskini artırır. ABŞ-nin İsrailə dəstəyinin davam etməsi bu konflikti beynəlxalq səviyyəyə qaldıra bilər.

Digər tərəfdən, İranın Fransa, Almaniya və Böyük Britaniya ilə danışıqlar aparmaq təşəbbüsü gərginliyin diplomatik yolla həllinə fürsət yaradır. Lakin Fransa Prezidenti Emmanuel Makronun İranın uranı zənginləşdirmək səylərinin "geridönüş nöqtəsinə yaxınlaşdığı” barədə bəyanatı Avropa ölkələrinin də daha sərt tədbirlərə meyilli ola biləcəyini göstərir.

Tərəflər arasında gərginlik təkcə nüvə proqramı ilə məhdudlaşmır. İranın Yəməndəki tərəfdaşlarına İsrailə qarşı tədbirlər görmək üçün təzyiq göstərməsi və İsrailin İranın strateji obyektlərinə zərbələr endirməsi münaqişənin regionda daha genişmiqyaslı təsirə malik olacağını göstərir.

Bu vəziyyətdə diplomatiya üçün zaman varmı? Yoxsa İran və İsrail arasında gərginlik yalnız hərbi güc vasitəsilə həll ediləcək?

“Cebheinfo.az”-a açıqlamasında israilli politoloq Mixail Finkel bildirib ki, İsraildə İrana "kağız pələngi" deyirlər:

“Bu ölkə hələ də qədim böyüklük mifindən çıxa bilməyib. Əslində, bu zəif, sanksiyalarla çökdürülmüş, heç nəyə qadir olmayan, müasir texnologiyaları olmayan və həm hərbi, həm də iqtisadi baxımdan ciddi şəkildə geri qalan bir ölkədir. Asılı vəziyyətdədir olan və hədsiz dərəcədə təkəbbürlüdür.  Xalq Ayətullah Xameneyinin rejiminin girovudur, hakimiyyətə nifrət edir.

Bu gün İranda hətta işıqlar tez-tez sönür. Bir çox şəhərlərdə gündə 7 saata qədər elektrik enerjisi olmur, evlərdə və mənzillərdə normal yaşamaq mümkün deyil. İnsanlar narazıdır. İqtisadi inflyasiya inanılmaz həddə çatıb. Ayətullah rejimi hər kəsin səbrini tükədib. Ölüm ayağında olan rejim HƏMAS, “Hizbullah” və Bəşər Əsəd rejiminə 150 milyard dollardan çox pul xərcləyib. Bu pulları öz xalqından oğurlayıb, qalan son pullarını isə nüvə bombasını yaratmağa sərf etməsinə imkan verməyəcəyik. İmkan verməyəcəyik ki, bu bombanı əlinə alıb,  meymunun əlindəki çomaq kimi region ölkələrinə, İsrailə, Amerikanın hərbi bazalarına, Fars körfəzindəki sünni monarxiyalara və Azərbaycana hədə-qorxu gəlsin. 

Məlumdur ki, Ayətullah Azərbaycana heç də xoş münasibət bəsləmir”.

O bildirib ki, İsrail İran ayətullahlarının nüvə bombası məsələsini birdəfəlik həll edəcək:

“Bu, bütün dünyaya böyük bir yaxşılıq olacaq. Ayətullah rejiminin heç bir nüvə bombası olmayacaq". 

M.Finkel hesab edir ki, çox yaxın gələcəkdə  bölgədə hökm sürən anomal istilərin təsirindən İranın sentrifuqa istehsal edən sexləri, ağır su istehsal edən zavodları və ilk nüvə başlığını yaratmağa çalışan fabrikləri  yox olacaq: 

"Hər şey ən zərərsiz formada baş verəcək, radiasiya sızması olmayacaq.1981-ci ildə Səddam Hüseynin nüvə reaktorunu bombalayıb məhv etdik, o da bomba yaratmaq istəyirdi. 2006-cı ildə Bəşər Əsədin nüvə reaktorunu bombaladıq. Eynisini Şimali Koreyada da etdik. Heç bir radiasiya yayılmadı.

Buna son qoymaq, İran xalqını, İranda diskriminasiyaya məruz qalan azərbaycanlı qardaşlarımızı azad etmək lazımdır. O zaman bütün dünya nəfəs alıb ürəyində deyəcək:

“Yəhudilər, nə yaxşı ki, siz varsınız”.

Bunu təkbaşına edəcəyikmi? Bəli, bacararıq. Amerikayla birgə edəcəyikmi? Bunu da bacararıq. O zaman hamı rahat nəfəs alacaq. 

Amma bizə buna görə kimsə açıq-aşkar təşəkkür etməyəcək. Bizə əslində təşəkkür də lazım deyil. Hər şey yaxşı olacaq. Hazır olun, çox maraqlı şeylər olacaq".

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri