Icma.az
close
up
RU
Статья не опубликована
Mixail Kavelaşvilinin prezident kimi seçilməsi Gürcüstan üçün önəmli idi

Mixail Kavelaşvilinin prezident kimi seçilməsi Gürcüstan üçün önəmli idi

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gürcüstan parlamentinin binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi baş tutub. Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirmişdi. Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı”.

“Mixail Kavelaşvilinin Gürcüstanın yeni prezidenti təyin edilməsi təbii ki, artıq önəmli idi. Çünki prezident seçkiləri Gürcüstanda başa çatıb və səsvermə nəticəsində Kavelaşvili Gürcüstanın növbəti prezidenti seçildi. Amma təəssüflər olsun ki, hökumətə qarşı və Gürcüstan cəmiyyətinə qarşı kampaniya aparan Qərbin imperialist dairələri Gürcüstanın daxilində vəziyyəti gərginləşdirmək və qarışıqlıq yaratmaq üçün Zurabişvilinin açıqlamalarına sığınırdı. Salome Zurabişvili də Gürcüstandakı reallığı və faktı qəbul etmək yerinə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar verirdi. Legitm seçkilərin nəticələrini şübhələndirməyə çalışırdı. Bunun özü əslində böyük bir absurd idi ki, Gürcüstanda xalq gedib səsvermədə iştirak edib öz baş nazirini seçib, hökumətini formalaşdırmışdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, ancaq Qərbin müəyyən imperialist dairələrinin küyünə Gürcüstanda Salome Zurabişvili də qoşulmuşdu.

“Lakin bütün bunlara baxmayaraq, ortada iradə var. Gürcü xalqı “Gürcü Arzusu”nun hökumət qurmağına səs verdi. Arxasınca isə Gürcüstanda da ilk dəfə parlament və yerli özünüidarəetmə orqanlarının səsverməsi ilə Mixail Kavelaşvili Gürcüstan prezidenti seçildi. Əlbəttə, bu gün Gürcüstandakı hakimiyyəti, milli vətənpərvər mövqeyi və həmçinin “Gürcü Arzusu”nun Gürcüstan ərazisini xarici güc faktorlarının oyuncağına çevirmək cəhdlərinə qarşı ortada mövqe qoyması, duruş gətirməsi müəyyən dairələri narahat edir. Ona görə də onlar çalışacaqlar ki, Gürcüstanda önümüzdəki ildə artıq aksiyaların sayını yenidən gücləndirsinlər. Amma bunların Gürcüstan dövlətçiliyi üçün ciddi təhdidlər formalaşdırmayacağını düşünürəm”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Dekabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri