Icma.az
close
up
RU
Mixail Qusmanı cəzalandıran Kremlin cılızlığı

Mixail Qusmanı cəzalandıran Kremlin cılızlığı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mixail Qusman. Azərbaycan xalqına doğma olan bu şəxsiyyət həm də imperiya və şovinizmin dövlət səviyyəsində həyata keçirildiyi Rusiyanın müsbət imicidir. Adətən, Rusiya dedikdə işğalçı və şovinist dövlət göz önünə gəlir və bəzən bu ölkədə yaxşı nəsə ola biləcəyinə ümid edəndə, məhz Qusman kimi şəxsiyyətlər yada düşür. Qusman Rusiya haqqında mənfi fikrin alternativi hesab oluna bilər.
Rusiyanın dövlət şovinizmi Qusmanı TASS rəhbərliyindən uzaqlaşdırmaqla bu alternativi də sıradan çıxarır. Niyə?
- Qusman Azərbaycanı müdafiə edib.
- Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak edib.
- Rusiya-Azərbaycan münasibətlərində yaranmış böhranın aradan qalxmasına çalışıb.
- Azərbaycanın haqlı mövqeyinin nəzərə alınmasını istəyib.

Bu, təkcə Azərbaycan üçün yox, Rusiyanın özü üçün də vacibdir. Çünki hazırda Rusiyada dövlət səviyyəsində həyata keçirilən şovinist, imperialist siyasət bu ölkənin regiondakı mövqelərini zədələyir, eyni zamanda, bu ölkə haqqındakı mənfi fikirləri daha da gücləndirir. 
Görünür ki, Moskvada bunu anlamır, yaxud anlamaq istəmirlər. Qusmanı işdən çıxarmaqla, belə demək mümkünsə, onu cəzalandırmaqla Rusiya göstərməyə çalışır ki, Azərbaycanı sevənlərə, ikitərəfli münasibətləri qoruyanlara "yer" yoxdur. Halbuki, bu cür şovinist siyasətə görə dünyada təcrid olunan Rusiya artıq regionda da eyni vəziyyətlə üzləşir. 
Qusmanın Xankəndiyə gəldiyi üçün cəzalandırılması isə Rusiyanın təkcə şovinist və imperialist yox, həm də nə qədər cılız və rəzil olduğunu da ortaya çıxardı.
Vaqif Hüseynli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri