Mixay Popşoy: Moldova matəm günlərində Azərbaycanın yanında qalır və onunla tam həmrəy olduğunu bildirir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kişineu, 28 dekabr, AZƏRTAC
Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy 2024-cü il dekabrın 25-də Qazaxıstanda baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsini anmaq üşün dekabrın 27-də Azərbaycan səfirliyində olub.
AZƏRTAC xəbər verir ki, o, bu matəm günlərində Moldova Respublikasının Azərbaycanın yanında olduğunu, onunla həmrəy olduğunu bildirib.
“Bu son dərəcə ağrılı-acılı anlarda həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm. Moldova Respublikası bu matəm günlərində Azərbaycanın yanında qalır və onunla tam həmrəy olduğunu bildirir”, - deyə nazir başsağlığı kitabında yazıb.
Parlamentin Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru, Moldova-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Vitali Yakot və deputat Vitali Qavruk da başsağlığı veriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















