Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kişineu, 17 dekabr, AZƏRTAC
Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.
AZƏRTAC Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib. Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.
“Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.
Prezident Maya Sandu tədbirdə çıxışı zamanı bildirib ki, Moldova təltif olunanların işini yüksək qiymətləndirir.
“Biz sizin gündəlik işinizi yüksək qiymətləndiririk. Bunu qüsursuz etməkdən yorulmayın. Yalnız sizin kimi insanlarla biz cəmiyyəti birləşdirə bilərik, ancaq sizin kimi insanlarla cəmiyyətimizin, ölkəmizin qayğısına qala bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















