Icma.az
close
up
RU
Mixək. Faydaları və müalicəvi RESEPTLƏR

Mixək. Faydaları və müalicəvi RESEPTLƏR

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır.

Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki dəfə çiçəkləyərək çoxlu məhsul verir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir. Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5 dəqiqə qalmış əlavə etmək lazımdır.

Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.

Mixək efir yağı bir çox inkişaf etmiş ölkələrində dərman istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların hazırlanmasında istifadə edilir.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.

Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.

Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.

Onun tərkibində olan maddələrin əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.

Mixək efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.

Mixək yağının afrodiziak təsiri cinsi həvəsi artırır.

Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı da müalicəvi təsirə malikdir.

Məsləhət: SOS

Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.

Xalq təbabətində mixek çox geniş istifadə olunur. Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.

- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.

- 100 ml zeytun yağının üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Oynaq ağrıları və gec sağalan yaralarda yerli olaraq istifadə edilir.

- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.

Maraqlı bilgilər

Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Güvə və ağcaqanaddan qorunmaq üçün 1 ədəd bütöv limon və ya portağalın üzərinə sıx şəkildə mixək sancılıb otağın künclərinə qoyulur.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:731
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri