Icma.az
close
up
RU
MM Aİ Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını qarayaxma kimi qiymətləndirib

MM Aİ Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını qarayaxma kimi qiymətləndirib

Apa.az-dan alınan məlumata görə, Icma.az bildirir.

MM Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını qarayaxma kampaniyasının nümunəsi kimi qiymətləndirib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edilib ki, Milli Məclis Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir:
"Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat, Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.
Nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu. Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir.
Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür.
Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara xatırlatmaq istərdik ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir. Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib.
Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir.
Təəssüflər olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da, faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyllərini ifşa edir.
Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır. Belə görünür, avropalı parlamentarilər günahsız insanların həyatını itirməyə davam etməsini, bu minaların Azərbaycanın yalnız öz imkanları hesabına apardığı yenidənqurma və bərpa işlərinə ciddi əngəllər törətməsini dərk etməkdə acizdirlər.
Avropa Parlamenti keçmiş münaqişə dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyinə də eyni dərəcədə biganəlik nümayiş etdirir. Halbuki, işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərin miqyasını və vəhşiliyini bir daha təsdiq edir.
Avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250.000 azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər. Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqlarına məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir.
Azərbaycanın Ermənistanın Konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlığı qanuni və əsaslıdır. Reallıq budur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu vəziyyət isə həmin ölkənin ali sənədinə zidd olan istənilən beynəlxalq sazişin qanuniliyini şübhə altına alır. Belə olan halda, Ermənistanın Konstitusiyasına düzəlişlər edilməsinin zəruriliyinə dair Azərbaycanın mövqeyi heç bir halda maksimalist mövqe deyil, eyni zamanda Ermənistanın özü üçün də sadəcə daxili məsələ deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıması təmin olunmalıdır.
Aİ-nin Ermənistandakı Missiyası (EUMA) ilə bağlı qeyd etmək lazımdır ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidlər göstərir ki, EUMA faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Ötən dövr ərzində bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirib, saxta və yalan xəbərlərin yayılması aləti kimi tətbiq olunub. Təəssüf ki, EUMA-nın təxribatçı fəaliyyəti Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir. Belə fəaliyyət sərhəd boyu gərginliyi süni şəkildə artırmaq potensialına malikdir.
Aİ-nın öz qonşusunun ərazisini 30 il ərzində işğal altında saxlamış Ermənistana Avropa Sülh Mexanizmi və digər proqramlar vasitəsilə hərbi dəstək vermək qərarı isə dərin narahatlıq doğurur. Bunun regionda sülh və sabitliyə töhfə vermək səyləri ilə heç bir əlaqəsi yoxdur. Təcavüzkar ölkəyə göstərilən bu yardım regionda sabitliyi pozmağa və potensial olaraq silahlanma yarışını alovlandırmağa yönəlmiş addımdır.
Qeyd olunanları nəzərə alaraq, Aİ-nın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki roluna dair bəyanatda səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Aİ öz qurumlarının və bəzi üzv dövlətlərin bir sıra hərəkətləri nəticəsində bu prosesdəki rolunu itirib. Avropa Parlamenti bu məsələdə xüsusi fəallıq göstərib və beləliklə, bu məsələdə təəssüf hiss keçirməyə heç bir mənəvi haqqı yoxdur.
Bütün bunlar fonunda, Azərbaycan Respublikasının Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli və birtərəfli bəyanatını qəti şəkildə rədd edir. Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see217

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see200

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see165

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see145

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see141

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see132

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see129

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see128

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see128

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see127

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see123

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see121

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see119

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see119

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see118

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see115

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see114

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see113

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see112

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri