Icma.az
close
up
RU
İcma: Aİ Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin yekun sənədini tamamilə rədd edirik

İcma: Aİ Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin yekun sənədini tamamilə rədd edirik

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilmiş yekun sənədini qınayır və tamamilə rədd edirik".

Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir:

"Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıtmış, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirmiş, 4 000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoymuş, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirmiş Ermənistan "demokratiya" təcəssümü və "sülh göyərçini" kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistan deyil. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə 30 ildən çox biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir. Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur".

"Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir.

Militarist məqsədlərə xidmət edən "Avropa Sülh Fondu" və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirilməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.

ATƏT-in keçmiş Minsk Qrupu adlı qondarma quruma, onun mənfur "Madrid prinsipləri"nə istinad bu bəyanatın müəlliflərinin əsl niyyətinin bölgədə yenidən münaqişə yaratmaq olmasına şübhə yeri qoymur.

Xüsusilə ciddi diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu bəyanata Ermənistanın hakim partiyasının çoxluq təşkil etdiyi parlamenti də razılıq verib. Bu onu sübut edir ki, Ermənistan hökuməti sülh danışıqlarında səmimi deyil və bu danışıqlardan özünün kütləvi silahlanma proqramını başa çatdırmaq üçün örtük kimi istifadə edir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının insan hüquqlarına, sülhə qarşı bu addımlarına qarşı çıxmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri