MM in komitə sədrindən Paşinyanın təklifinə münasibət: Referendum yolu ilə həll oluna bilər
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan anklavlarla bağlı yeni təklif verib.
Paşinyanın təklifini Redaktor.az-a şərh edən Milli Məclisin komitə sədri Fazil Mustafa bildridi ki, bu, ərazi mübadiləsidir.
"Yəni anklav saxlamadan birbaşa ərazinin qatılmasıdır. Təbii ki, Ermənistan tərəfi Başkənd deyəndə, həm də Kərki və başqa əraziləridə biz eyni qaydada irəli sürə bilərik. Bu, müzakirə olunası məsələdir. Çünki burada söhbət torpaqlardan gedirsə, bunun müəyyən referendum yolu ilə həllini tapması vacibdir. Ərazi mübadiləsindən söhbət gedir. İndi bunun nə dərəcədə effektiv olub-olmayacağı hər halda müzakirədən sonra bilinə bilər. Amma bu, mütləq referendumdan keçib qəbul olunmalı məsələdir", - deyə parlament üzvü vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 19 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















