Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Paşinyanın “referendum gedişi”

Paşinyanın “referendum gedişi”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 23-də açıqlanacaq sənəd ölkəningələcək yolunu müəyyənləşdirəcək

Ermənistanda konstitusiya dəyişikli­yi ilə bağlı məsələlər həlledici mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyan müxalifətə yeni əsas qanunun qəbulu ilə bağlı referendum keçirməyi təklif et­məklə yanaşı, səsvermənin nəticəsindən asılı olaraq siyasi gələcəyi ilə bağlı da vəd verib. O, konstitusiya layihəsi xalq tərəfindən rədd edilərsə, istefa verəcə­yini, qəbul olunarsa, növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sür­məyəcəyini bəyan edib.

Baş nazir nə gözləyir?

Noyabrın 19-da hökumətin iclasında çıxış edən N.Paşinyan müxalifətə yeni konstitusiya layihəsi üzrə referendum ke­çirilməsini təklif edib. Baş nazirin sözlə­rinə görə, bu təklif onun hakimiyyətdən getməsini istəyən siyasi qüvvələr üçün də bir fürsətdir. Paşinyan bildirib ki, müxa­lifət referendumun keçirilməsini dəstək­ləyərsə, ölkənin gələcək siyasi istiqaməti xalqın iradəsi ilə müəyyənləşəcək: “Əgər xalq səsvermədə əleyhinə qərar versə, mən gedəcəyəm. Belə deyək, təslim olacağıq. Əgər lehinə səs versə, konstitusiyanı qəbul edəcək, sülhü möhkəmləndirəcəyik, TRIPP layihəsini açacağıq, sərhədin mürəkkəb sahələrində delimitasiya aparacağıq və bundan sonra mən yenə gedəcəyəm”.

Müxalifət nümayəndələri hazırkı par­lamentdə Paşinyanın yeni konstitusiyanı qəbul etmək üçün tələb olunan konstitu­siya çoxluğuna malik olmadığını bildirir­lər. Onların mövqeyinə görə, hakimiyyət bu səbəbdən yeni əsas qanunun qəbulu­nu parlamentdə təmin edə bilməyəcək və ümumxalq referendumuna getməli ola­caq. Dünən Milli Assambleyada 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi çərçivəsində yekun çıxış edən Paşinyan əvvəlki təklifini bir daha səsləndirib. O, bu dəfə müxalifətə müraciətini daha konkretləşdirərək, referendumun keçirilməsi üçün tələb olunan 6 səsin təmin edilməsini istəyib: “Bu gün Milli Assambleyanın tri­bunasından təklifimi daha dolğun və rəsmi şəkildə səsləndirmək istəyirəm. Müxalifətə təklif edirəm ki, zəruri olan 6 səsi təmin etsin, bütün fraksiya bu 6 səsin lehinə səs versin və biz yeni konstitusiyanın qəbulu ilə bağlı referenduma gedək”. Həmin çıxı­şında Paşinyan yeni konstitusiya layihə­sinin noyabrın 23-də Ermənistan Ədliyyə Nazirliyi tərəfindən dərc olunacağını bil­dirib. Baş nazir sənədin dərcindən sonra xalqa müraciət edəcəyini də açıqlayıb.

Yeni konstitusiya və müharibədən sülhə keçid

Paşinyan yeni əsas qanunun qəbu­lunu yalnız hüquqi sənədin yenilənməsi kimi təqdim etmir. Onun çıxışındakı əsas məqamlardan biri Ermənistan dövlətinin ideoloji istiqamətinin dəyişdirilməsi, mü­naqişə və müharibə düşüncəsinin aradan qaldırılmasıdır. Baş nazirin sözlərinə görə, yeni konstitusiyaya qarşı çıxan siyasi qüvvələr dövlətin daxilində müharibə və mü­naqişə “DNT-sini” qoruyub saxlamağa çalışırlar. O, bu fikrini müxalifət nümayən­dələrinin Qarabağla bağlı açıqlamaları ilə əsaslandırmağa cəhd göstərib. Paşinyan, xüsusilə, “Güclü Ermənistan” fraksiya­sının deputatı Edqar Qazaryanın “Artsax respublikasını tanıyırıq” bəyanatını xa­tırladıb. Baş nazir müxalifətin mövqeyini Ermənistanın müstəqil dövlət kimi gələcə­yinə zidd yanaşma kimi qiymətləndirib.

Paşinyan özünün 2019-cu ildə səslən­dirdiyi “Artsax Ermənistandır və nöqtə” ifadəsini də xatırladıb. O, həmin mövqe­yin siyasi keçmişinin bir hissəsi olduğunu desə də, Qarabağ məsələsinin Ermənistanı müstəqillik və dövlətçilikdən imtina etmək həddinə gətirib çıxara biləcəyini sonradan anladığını iddia edib. O, təklif olunan re­ferendumu da məhz bu kontekstdə təq­dim edib. Onun sözlərinə görə, qarşıdakı səsvermə təkcə konstitusiyanın qəbulu ilə bağlı olmayacaq, eyni zamanda, Ermənis­tanın müstəqilliyi məsələsinə münasibəti müəyyənləşdirəcək. Baş nazir yeni əsas qanunun müharibə, münaqişə və dövlətçi­liyin zəifləməsi düşüncəsini sülh, inkişaf, azadlıq və müstəqillik ideyaları ilə əvəz etməli olduğunu vurğulayıb.

Bakının dəyişməz mövqeyi

Ermənistanda konstitusiya dəyişikliyi ətrafında müzakirələrin əsas məqamların­dan biri də Azərbaycanla münasibətlər və sülh sazişinin imzalanması məsələsidir. Ermənistanın Müstəqillik Bəyannaməsin­də Azərbaycana qarşı ərazi iddialarının yer alması, hazırkı konstitusiyanın pream­bulasında həmin sənədə istinad edilməsi rəsmi Bakının narahatlığının əsasını təşkil edir. Çünki bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini nəzərdə tutan müddəa da möv­cuddur.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın hazırkı konstitusi­yası dəyişməz qaldığı təqdirdə 2 ölkə ara­sında sülh sazişinin imzalanması mümkün deyil. Dövlətimizin başçısı Azərbaycanın Ermənistanın daxili işlərinə qarışmaq niy­yətində olmadığını xüsusi vurğulayıb. Bu­nunla belə, o bildirib ki, qarşı tərəfin ölkə­mizə qarşı ərazi iddiaları mövcud olduğu halda sülh sazişinin imzalanması mümkün deyil. Prezidentin sözlərinə görə, məsələ Azərbaycanın daxili işlərə müdaxiləsi de­yil, birbaşa milli maraqlarına və təhlükə­sizliyinə aid olan prinsipial məsələdir.

Referendumun siyasi məqsədi

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Paşinyanın noyabrın 19-da irəli sürdüyü, ertəsi gün parlament tribunasından bir daha təkrarla­dığı təklif ilk baxışdan siyasi məsuliyyəti xalqın qərarına bağlamaq cəhdi təsiri ba­ğışlayır. Onun sözlərinə görə, baş nazir, əslində, öz siyasi taleyini yeni konstitusi­yanın taleyi ilə əlaqələndirir: “Yəni sənəd qəbul olunmasa, istefa verəcək, qəbul olunsa, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək. Beləliklə, o, müxalifətin hakimiyyətin legitimliyi ilə bağlı iradlarına referendum vasitəsilə cavab vermək istə­yir. Ancaq burada diqqəti cəlb edən digər məqam da var. Paşinyan referendum təkli­fini irəli sürməklə yanaşı, müxalifətə qar­şı sərt xəbərdarlıqlar etməyi də unutmur. Onun növbədənkənar seçkilər keçiriləcə­yi təqdirdə hazırkı müxalifət qüvvələri­nin parlamentdən kənarda qalmalı olduğu barədə fikirləri siyasi dialoq çağırışından daha çox, rəqiblərinə təzyiq mesajı kimi səslənir. Bu baxımdan, baş nazirin təklifi yalnız konstitusiya məsələsinin həlli deyil, həm də daxili siyasi mübarizədə təşəbbüsü ələ almaq cəhdi kimi görünür”. 

R.Məmmədova hesab edir ki, digər tərəfdən, Paşinyanın təklifinin həyata ke­çirilməsi üçün müxalifətin razılığı və par­lamentdə zəruri səslərin təmin olunması tələb edilir: “Onun 6 səs barədə xüsusi danışması da təsadüfi deyil. Hakim siyasi qüvvənin parlamentdə konstitusiya də­yişikliklərini təkbaşına həyata keçirmək üçün yetərli imkanının olmaması refe­rendum məsələsini daha da aktuallaşdırır. Bununla belə, müxalifətin təklifə müna­sibəti, eləcə də referendumun təşkili ilə bağlı siyasi və hüquqi prosedurların necə irəliləyəcəyi hələ açıq qalır”. 

Ekspertin fikrincə, noyabrın 23-də konstitusiya layihəsinin dərc olunma­sı bu müzakirələrin növbəti mərhələsini başlayacaq: “Paşinyan indiyədək yeni sənədin ümumi siyasi və ideoloji mahiy­yətindən danışıb, onun müharibə düşün­cəsindən uzaqlaşma, sülh və müstəqillik xəttinə keçid olduğunu vurğulayıb. Lakin əsas məsələ bu fikirlərin layihənin konkret müddəalarında necə əks olunacağıdır. Sənədin məzmunu ictimaiyyətə təqdim edildikdən sonra həm hakimiyyətin, həm də müxalifətin mövqeyi daha aydın gö­rünəcək. Bir sözlə, noyabrın 23-də dərc olunacaq layihə təkcə Ermənistanın daxili siyasi gündəmini deyil, Cənubi Qafqazda sülh prosesinin gələcək istiqamətini də müəyyənləşdirə biləcək sənədlərdən biri olacaq. Paşinyan siyasi gələcəyini bu sənə­din taleyi ilə bağladığını bəyan edir. İndi isə əsas sual budur: Ermənistan cəmiy­yəti və siyasi qüvvələri onun təklif etdiyi dəyişikliklərə necə münasibət göstərəcək, yeni konstitusiya ölkənin keçmişdən qalan ziddiyyətlərdən uzaqlaşmasına həqiqətən imkan yaradacaqmı? Bu sualın cavabını zaman özü verəcək”.

Səxavət HƏMİD,

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri