Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Referendum Paşinyanın siyasi taleyinə necə təsir edəcək?

Referendum Paşinyanın siyasi taleyinə necə təsir edəcək?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Əgər “Avrasiya alyansı” təşəbbüs qrupu 200 min imza toplaya bilsə…

Ermənistan növbəti dəfə seçim qarşısındadır. Bu dəfə söhbət yalnız Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında geosiyasi üstünlük məsələsindən getmir. Qarşıdakı proses Nikol Paşinyan hakimiyyətinin siyasi gələcəyi, Ermənistanın xarici siyasət kursu, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar baxımından əhəmiyyət daşıyır.

Ermənistan Mərkəzi Seçki Komissiyası “Avrasiya alyansı” vətəndaş təşəbbüs qrupunun referendum müraciətini qeydiyyata alıb. Bu, ilk baxışdan adi hüquqi prosedur təsiri bağışlayır. Lakin siyasi baxımdan qərar daha dərin məna daşıyır. Əgər təşəbbüsçülər avqustun 3-dən başlayaraq 60 gün ərzində tələb olunan 200 min imzanı toplamağa nail olsalar refetendum keçiriləcək. Ermənistan cəmiyyəti uzun illərdir açıq şəkildə cavablandırılmayan əsas sualla üz-üzə qalacaq. Bu sual belədir: ölkənin gələcəyi Qərbə inteqrasiyadan keçir, yoxsa Avrasiya məkanında qalmaqdan?

Əslində, bu sual təkcə xarici siyasət seçimi deyil. Bu, Ermənistanın gələcək inkişaf modelinin, iqtisadi istiqamətinin və təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi məsələsidir. Bəs təşəbbüsün mahiyyəti nədən ibarətdir? “Avrasiya alyansı”nın təklif etdiyi dəyişikliklər Ermənistan Konstitusiyasında ölkənin mövcud beynəlxalq öhdəlikləri ilə ziddiyyət yarada biləcək yeni dövlətlərarası sazişlərin imzalanmasına məhdudiyyət qoyulmasını nəzərdə tutur. Praktiki baxımdan bu yanaşma Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində mümkün addımlarını məhdudlaşdıra biləcək hüquqi mexanizmdir.

Təşəbbüsün ortaya çıxması da təsadüfi deyil. Son illər Paşinyan hakimiyyəti Avropa ilə yaxınlaşmanı siyasi kursunun əsas istiqamətlərindən birinə çevirib. İrəvan Brüssellə siyasi dialoqu genişləndirir, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar axtarır. Ermənistan hökumətinin Avropa inteqrasiyası ilə bağlı qanun layihəsini qəbul etməsi bu istiqamətdə atılan addımlardandır.

Bununla belə, Ermənistan, eyni zamanda, Rusiyanın aparıcı rol oynadığı Aİİ-yə üzvü olaraq qalır. Rusiya ilə uzun illər formalaşmış iqtisadi əlaqələrini də qoruyur. Moskvanın son mesajları da göstərdi ki, bu balansı əvvəlki kimi davam etdirmək çətinləşir. Kreml bildirib ki, Ermənistan Aİ ilə yaxınlaşma kursunu seçəcəksə, Aİİ-də üzvlüyünü yenidən nəzərdən keçirməlidir. Aİİ-yə üzv ölkələrin liderlərinin də Ermənistanın gələcək istiqaməti ilə bağlı referendum ideyasını gündəmə gətirməsi bu məsələnin artıq regional səviyyədə müzakirə olunduğunu göstərir.

İrəvan üçün əsas suallardan biri Avropa istiqamətinə mümkün dönüşün ölkə iqtisadiyyatına necə təsir edəcəyidir. Hazırda Avropa inteqrasiyası bəzi siyasi dairələr tərəfindən Ermənistanın gələcək inkişaf modeli kimi təqdim olunur. Lakin Brüssel indiyədək İrəvana nə konkret üzvlük perspektivi təqdim edib, nə də Rusiya ilə formalaşmış iqtisadi əlaqələri qısa müddətdə əvəz edə biləcək genişmiqyaslı dəstək paketi təklif edib.

Digər tərəfdən, Avropa bazarına çıxış Ermənistan biznesi üçün yeni standartlar, sərt tələblər və əlavə uyğunlaşma xərcləri deməkdir. Bu səbəbdən Ermənistanın Aİİ-dən çıxmaq qərarı yalnız diplomatik seçim olmayacaq. Əslində, referendum təşəbbüsü, eyni zamanda, Nikol Paşinyan hakimiyyəti üçün də siyasi sınağa çevrilə bilər. Əgər “Avrasiya alyansı” tələb olunan 200 min imzanı toplamağa nail olarsa, hökumət çətin seçim qarşısında qalacaq. Hakimiyyət şəffaf və rəqabətli referendum prosesinin keçirilməsinə şərait yaratmalı olacaq. Əks halda, nəticələrə müdaxilə ilə bağlı siyasi ittihamlarla üzləşəcək.

Bu proses müxalifət üçün də yeni imkan yaradır. Uzun müddət parçalanmış vəziyyətdə olan müxalif qüvvələr referendum təşəbbüsündən hakimiyyətə qarşı siyasi mübarizədə istifadə etməyə çalışacaq. Beləliklə, imza kampaniyası təkcə Ermənistanın geosiyasi istiqaməti ilə bağlı müzakirə deyil, həm də ölkə daxilində siyasi təsir uğrunda mübarizənin mühüm mərhələsidir.

Referendum keçirilsə də, keçirilməsə də, Ermənistanın geosiyasi seçimi yaxın illərdə ölkənin daxili siyasətinin və Cənubi Qafqazdakı regional proseslərin əsas mövzularından biri olaraq qalacaq. Bu prosesin nəticələri yalnız Ermənistanın deyil, bütövlükdə regionun siyasi, iqtisadi və təhlükəsizlik mənzərəsinə təsir göstərə bilər. Bu təşəbbüsün siyasi əhəmiyyəti yalnız Aİ və Aİİ arasında seçimlə məhdudlaşmır. Bu proses Ermənistan Konstitusiyasının hazırlanmaqda olan yeni redaksiyası fonunda baş verir. Hakimiyyət artıq əsas qanunun yenilənməsi üzərində işlədiyini açıqlayıb və yeni layihənin yaxın dövrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Bu isə referendum təşəbbüsünü həm də Konstitusiya islahatlarına təsir göstərmək cəhdi kimi qiymətləndirməyə əsas verir.

Sonda onu da qeyd edək ki, “Avrasiya alyansı” təşəbbüsünün aqibəti Ermənistanın daxili siyasi vəziyyətindən asılı olacaq. Müxalifətin parçalanmış vəziyyətdə olması və 200 min imzanın toplanmasının ciddi təşkilati imkanlar tələb etməsi referendum prosesini çətinləşdirir. Bununla belə, hətta imza kampaniyasının özü belə ölkədə geosiyasi seçim məsələsi ətrafında yeni siyasi gərginlik yaradacaq. İstənilən halda, Ermənistanın Aİ və ya Aİİ istiqamətində seçimi Azərbaycan–Ermənistan sülh prosesinin əsas şərtlərini dəyişmir.

İrəvan hansı inteqrasiya modelinə üstünlük verməsindən asılı olmayaraq, regionda davamlı sülhün təmin olunması üçün hüquqi və siyasi ziddiyyətlərin aradan qaldırılması əsas vəzifə olaraq qalır.

Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq

Ermənistanın qarşısında duran seçim, əslində, yalnız Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında institusional üstünlük məsələsi deyil. Bu, dövlətin təhlükəsizlik modelinin, iqtisadi dayanıqlığının və xarici siyasət strategiyasının yenidən müəyyənləşdirilməsi deməkdir. Ermənistanın əsas problemi ondan ibarətdir ki, Qərbə inteqrasiya istiqamətində siyasi iradə nümayiş etdirməsinə baxmayaraq, onun iqtisadi infrastrukturu və enerji sistemi hələ də böyük ölçüdə Rusiya ilə bağlıdır.

İxracın əhəmiyyətli hissəsinin Rusiya bazarına yönəlməsi, enerji daşıyıcılarının asılılığı, əmək miqrasiyasından daxil olan maliyyə axını və logistika imkanları qısa müddətdə alternativlə əvəz edilə biləcək resurslar deyil. Bu baxımdan Aİİ-dən mümkün çıxış Ermənistan iqtisadiyyatında təkcə ticarət balansına deyil, inflyasiyaya, milli valyutanın sabitliyinə, sosial rifaha və dövlət büdcəsinin gəlirlərinə təzyiq yarada bilər.

Digər mühüm məqam təhlükəsizlik mühitidir. Son illər Ermənistanın KTMT ilə münasibətlərində yaranmış böhran və Rusiyanın regiondakı təsir imkanlarının nisbətən zəifləməsi İrəvanı yeni təhlükəsizlik tərəfdaşları axtarmağa sövq edib. Lakin Avropa İttifaqı iqtisadi və siyasi birlikdir, hərbi ittifaq deyil.

Regionda iqtisadi inteqrasiyanın əsas xətti artıq qarşıdurma deyil, kommunikasiyaların açılması, tranzit imkanlarının genişləndirilməsi və qarşılıqlı iqtisadi asılılığın artırılması üzərində qurulur. Ermənistan bu proseslərdən kənarda qalacağı təqdirdə, təkcə siyasi deyil, həm də uzunmüddətli iqtisadi rəqabət qabiliyyətini itirmək riski ilə üzləşə bilər.

Eyni zamanda, Konstitusiya islahatları ilə geosiyasi referendumun eyni dövrə təsadüf etməsi daxili siyasi sabitlik baxımından da ciddi risklər yaradır. Əgər bu iki proses bir-birini kölgədə qoyarsa, Ermənistan cəmiyyətində siyasi qütbləşmə dərinləşə, nəticədə həm islahatların legitimliyi, həm də referendumun nəticələri mübahisə mövzusuna çevrilə bilər.

Beləliklə, Ermənistanın əsas problemi seçim etmək deyil, seçimin nəticələrini idarə etmək qabiliyyətidir. Geosiyasi kursun dəyişdirilməsi yalnız siyasi iradə tələb etmir; bu, paralel şəkildə iqtisadi dayanıqlılıq, enerji təhlükəsizliyi, institusional hazırlıq və regional əməkdaşlıq strategiyası tələb edir. Əks halda, veriləcək istənilən qərar ölkəni yeni inkişaf mərhələsinə deyil, daha mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik böhranlarına sürükləyə bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri