Icma.az
close
up
RU
Paşinyanın “preambula” oyunu Referendum mümkündür

Paşinyanın “preambula” oyunu Referendum mümkündür

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistan hökuməti yeni konstitusiya layihəsinin mətninin dərc edib. Sənəddə əsas diqqəti çəkən məqam Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın yer almaması olub.

"Cebheinfo.az" xəbər verir ki, bu isə yaxın aylarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına səbəb ola bilər. Lakin buna nail olmaq üçün ilk növbədə, konstitusiya layihəsi referenduma təqdim olunmalıdır. Əgər layihə ümumxalq səsverməsindən keçərsə, o halda nəticələr Ermənistan Konstitusiya Məhkəməsi, parlament və prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Lakin Ermənistanın yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün deputatların üçdə iki səs çoxluğu lazımdır. Baş naziri Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası isə parlamentdə 64 mandata malikdir və konstitusion çoxluğa malik deyil.

Ona görə də Paşinyan müxalifətdən olan 6 nəfərin səsinə ehtiyac olduğunu bildirib. Baş nazir müxalifətçi deputatların sözügedən sənədə səs verməyə çağırıb. Buna baxmayaraq, parlamentdə təmsil olunan “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları yeni konstusiya layhəsini dəstəkləməyəcəklərini bəyan ediblər. Deməli, Paşinyan üçün üçdə iki səs çoxluğunu əldə etmək çox çətin olacaq. Belə olan halda Ermənistan hakimiyyətinin hansı addım atacağı sual doğurur. Nikol Paşinyan alternativ variant kimi növbədənkənar seçkilərə gedəcəyini deyir. Amma seçkilərin nəticələrinin hakim partiyanın mütləq qələbəsi ilə başa çatacağına təminat yoxdur. Ona görə də Paşinyan siyasi manipulyasiya edərək və Azərbaycana referendum keçirmədən sülh müqaviləsi imzalamağı təklif edə bilər.

Yəni Paşinyan konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad hissəsini ləğv etdiyini, lakin müxalifətin bu layihənin referenduma çıxarılmasına mane olduğunu deyə bilər. Bununla da Paşinyan məsuliyyəti müxalifətin üzərinə atmağa çalışacaq. Paşinyan hökuməti Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il 26 sentyabr tarixli 1749 saylı qərarını əsas gətirərək preambula ali hüquqi sənəddə saxlanılmaqla Azərbaycana sülh müqaviləsi imzalamağın mümkünlüyünü iddia edə bilər. Qeyd edək ki, həmin qərar Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının guya nəzərdə tutulmadığını özündə ehtiva edir.

Əslində isə, Ermənistan hakimiyyəti deputatların üçdə iki səs çoxluğu olmadan da konstitusiya layihəsini referenduma təqdim etmək imkanına malikdir. Belə ki, Ermənistan Konstisusiyasının 202-ci maddəsinin 3-cü bəndinə görə, parlament konstitusiya layihəsini dəstəkləmədikdə, deputatların ən azı beşdə üç səs çoxluğu ilə referenduma çıxarla bilər. Yəni ikinci müzakirələr zamanı deputatların beşdə üçü konstitusiya layihəsinin lehinə səs verərsə, qəbul olunacaq.

Ermənistan parlamentində 105 deputatın olduğunu nəzərə alsaq, həmin mandatların beşdə üçü 63 edir. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası isə Milli Məclisdə 64 mandatla təmsil olunur. Bu halda beşdə üç səslə konstitusiya layihəsi ümumxalq səs verməsinə çıxarıla bilər. Ona görə də Azərbaycan öz mövqeyində israr etməli və konstitusiyaya dəyişiklik tələbindən imtina etməməlidir.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri