Icma.az
close
up
RU
MM Səhiyyə komitəsi həkimlərin sertifikasiyasına dair qanunvericiliyə dəyişikliyi müzakirə edib

MM Səhiyyə komitəsi həkimlərin sertifikasiyasına dair qanunvericiliyə dəyişikliyi müzakirə edib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib.
İclasda Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edirdilər. Qanun layihəsi barədə danışan Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Tibb mütəxəssislərinin peşəkarlığının qiymətləndirilməsinin bəzi aktual məsələlərinə toxunan komitə sədri bu sahədə xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, beynəlxalq tibb elminin yenilənən inkişafı nəzərə alınmaqla səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən layihədə 4 hüquqi akta ümumilikdə 34 dəyişiklik təklif olunur. Qeyd olunub ki, Əmək Məcəlləsinə, “Özəl tibb fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Milli Məclisin şöbə müdiri bildirib ki, qanun layihəsi Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.
O, layihə hazırlanarkən öyrənilən dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. O, tibb işçilərinin sertifikasiyası prosesi və qaydalarına təklif olunan yenilikləri və əsas müddəaları təqdim edərkən diqqətə çatdırıb ki, layihəyə əsasən, tibb işçilərinə öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etməyə şərait yaradılır. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə sertifikasiya prosesinin təkmilləşdirilməsi üçün təklif olunan bir sıra prosedur və terminoloji dəqiqləşdirmələr barədə ətraflı məlumat verən Adil Vəliyev vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran həkimlərin və tibb işçilərinin davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
Qanun layihəsinin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Soltan Məmmədov, Pərvanə Vəliyeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Çıxışçılar təklif olunan dəyişikliklərin ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasını təmin edəcəyinə, nəticədə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəyinə inamlarını ifadə ediblər. Deputatlar sənəddə əks olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.
Komitə sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasa yekun vuran komitə sədri Əhliman Əmiraslanov layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimlənmələrin tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdırdığını, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaratdığını vurğulayıb.
Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri