MN in Mənzil istismar idarəsinin sabiq rəisi və bölmə müdirinin məhkəməsi başlayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin olunub.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















