Icma.az
close
up
RU
MN in sabiq bölmə rəisi və müdirinin həbs qoyulan əmlakları ilə bağlı müraciət edildi KONKRET

MN in sabiq bölmə rəisi və müdirinin həbs qoyulan əmlakları ilə bağlı müraciət edildi KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktlnda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə (Suqovuşan və Talış kənd) yeni hərbi hissələrdə binaların inşası zamanı ucuz və keyfiyyətsiz matriallardan istifadə olunub, cavabdeh şəxslər bu barədə məlumatlı olsalar da, aidiyyəti üzrə məlumat verməyiblər.

Məlum olub ki, 2021-2023-cü illər ərzində Suqovuşan və Talış kəndində tikintini həyata keçirən tender əsasında qalib olan şirkətə 5.281.066 manat ödəniş olunub. Həmin ödəniş əsasında şirkətə 248,825 manat əlavə pul köçürülüb. Bu vəsait dövlət büdcəsinə ödənildiyi üçün təqsirləndirilən şəxslərin ittiham olunduğu maddə tövsif olunub.
Sonra təqsirləndirilən şəxslər ifadə verib.

Onlar ifadəsində əlavə ödənişin olunmadığını, ümumiyyətlə, ödənişin bank üzərindən həyata keçirildiyini bildiriblər.

Onlar qeyd ediblər ki, bütün ərazilərdə tikinti gedib, hamısına nəzarət üçün imkan olmayıb.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Şahin Cəfərov məhkəmədə çıxışı zamanı bildirib ki, dəymiş ziyan ödənilib:
“Müdafiə Nazirliyinə dəymiş ziyan tam şəkildə ödənilib. Şəxslərdən tələb və şikayətimiz yoxdur”.

Daha sonra şahidlər dindirilib.

Onlar ifadəsində tikinti zamanı baxış keçirdiklərini və bu barədə aidiyyəti üzrə məlumat verdiklərini bildiriblər.

Hər iki təqsirləndirilən şəxsin vəkilləri məhkəmədə müvəkkilərinin əmlakları üzərində olan həbsin götürülməsi üçün vəsatət qaldırıb.

Dövlət ittihamçısı Günay Əsgərova buna etiraz etməyib və qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses fevralın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Onlar ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəməklə yanaşı 25% dövlət nəfinə pul köçürüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Fevral 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri