Icma.az
close
up
RU
Modelyer Mətanət Bayramova: “Geyimlərimizlə yanaşı, milli incəsənətimizi də tanıdırıq”

Modelyer Mətanət Bayramova: “Geyimlərimizlə yanaşı, milli incəsənətimizi də tanıdırıq”

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Müasir Azərbaycan moda sənayesində özünəməxsus dəst-xətti ilə seçilən, klassik üslubu ilə yeniliyi ustalıqla birləşdirən modelyer Mətanət Bayramova illərdir ki, zərifliyi və estetikanı təşviq edir, tanıdır. Onun hazırladığı kolleksiyalar sadəcə geyimləri deyil, eyni zamanda milli mədəniyyətimizi özündə əks etdirir. Müsahibəmizdə onun yaradıcılıq yoluna, qarşıya qoyduğu məqsədlərə, Azərbaycan dəbinin gələcəyi ilə bağlı baxışlarına və bu sahədə gənc istedadlara verdiyi tövsiyələrə toxunacağıq.

- Mətanət xanım, ilk öncə özünüzü təqdim edərdiniz.

- İlk təhsilim modelyer konstruktur olub. Sonradan   müxtəlif stilistika və digər kurslara gedərək müxtəlif sahələrdə özümü inkişaf etdirmişəm. Modelyer   elə bir sənətdir ki, daim inkişaf istəyir və öz üzərində işləməlisən.

- Geyim sahəsində biznes qurmaq ideyası necə yarandı?

- Gözümü sənətkar ailəsində açmışam, anam dərzi, atam isə rəssam olub, bu sənətə istər-istəməz mən də yiyələnmişəm. Dizaynerliyə həvəsim olub və hər zaman  fərqlənmək istəmişəm. Dəst-xəttim isə  müəyyən təcrübədən sonra yaranmağa başladı.

- Onda belə çıxır ki, valideynləriniz bu sahə ilə məşğul olmasaydı, siz başqa sahəyə yiyələnərdiz?

- Düşünürəm ki, başqa bir sahəyə gedə  bilməzdim, çünki sənəti sevmək böyük eşq tələb edir.  Mənə elə gəlir ki, valideynlərim eyni  sənətdə olmasa belə,  mən yenə bu sahəyə yiyələnəcəkdim. Öz sənətimə böyük sevgi duyuram.

- İlk kolleksiyanız necə yarandı?

- İlk kolleksiyam   “Autumn mood”, ikincisi “Sılk Way”, üçüncü “Milli Kino” “collection”, dördüncüsü isə “Şəbi Hicran” “collection” olub. Birinci kolleksiyada heç bir  milli kolorit yox idi. Sadəcə, gözəl əl  işlərinə fikir verilirdi. Bu kolleksiyada daha  çox kəlağayılarla  işləməyə başladım. Sonra milli kino kolleksiyasını yaratdıq. Milli filmləri sevdiyim kimi, milli musiqiləri də çox sevirəm. Milli kino kolleksiyasında ilk olaraq Üzeyir Hacıbəylinin musiqilərinə müraciət etməyim də məhz bu səsbəbdən oldu.

- Siz həm də gənclərlə çalışırsınız..

- Bəli, gənclərlə daha çox işləyirəm. Həm də onlara dəstək oluram. İş zamanı özüm də yeniliklərlə rastlaşıram, seyr etdiyim mənzərə budur ki, gənclərimiz milli filmlərdən çox uzaqdır. Milli kino kolleksiyasını yaratmaqla həm gəncləri marifləndirməyi, həm  ürəyimdəki milli kino sevgisini ortaya çıxartmağı, eyni zamanda, heç bir yerdə olmayan bir kolleksiyanı yaradacağımı düşünürdüm. Onu da qeyd edim ki, kolleksiyamızdakı geyimlərin hər biri  təkdir və eksklüzvdir. Bir məqamı da qeyd edim ki,  dizaynerlərimizdən milli film mövzusunda işləyən yoxdur.

- Yerli dizaynerlərdən və ya markalardan kimləri izləyirsiniz?

- Azərbaycanda bu sahədə çalışan  istedadlı gənclər çoxdur. Dizaynerlərimiz kifayət qədər var, lakin ad çəkmək istəmirəm. Xarici markalardan isə kumirim Şaneldir.

- Niyə məhz Şanel?

- Kolleksiyalarımda bir eleqantlıq tərzi var. Hər zaman dəst-xətti olaraq həm milli koloritliyi, həm də eleqantlığı qoruyub saxlayıram. Şaneldə də eleqantlıq olduğu üçün özümü ona yaxın görürəm.

- Geyimləri xarici ölkələrdə nümayiş etdirə bilirsinizmi?

- Hər  bir dizayner dünyada moda həftələrində nələr baş verdiyindən məlumatlı olmalıdır. Xarici ölkələrdə moda həftələrinə yalnız Qazaxıstanda qatılmışam. Hal-hazırda bir çox ölkələrdən təkliflər alırıq və bunların üzərində işləyirik. Qeyd edim ki milli kino kolleksiyamız onların diqqətini cəlb edib və özləri bizə müraciət ediblər. Həmin ölkələrdən gələn sahibkarlar ölkəmizdə keçirilən moda həftələrində iştirak edirlər və bizim onlarla müəyyən əməkdaşlıqlarımız olur.

- Geyimlərinizdə əsasən hansı auditoriya yer alır?

- Gənclər gəlir, geyimlərə  baxır, lakin alıcılıq hədəfimiz ən çox turistlərdir.  Vaqif Mustafazadəyə həsr olunmuş bir geyimimiz var idi. Bu geyim satışa qoyulandan 3 gündən sonra Rusiyalı turist tərəfindən alındı.

- Gənclərdə alıcılıq qabiliyətinin zəif olmaması qiymətlərlə bağlı ola bilərmi?

- Bəli, geyimlərin hər birinin üstündə böyük əmək  var və qiymətlər ona uyğun qoyulur. Geyimlərimizin heç biri təkrar deyil, üzərində böyük  zəhmət, əl işi olduğu üçün maddi dəyəri də artır.

 - Qiymətlər təxminən nə qədərdir?

 - Ən ucuz geyimin qiyməti 500 manat, digər geyimlərin qiymətləri daha yüksəkdir. Geyimləri kolleksiya olaraq yaradanda qiyməti düşünmürəm, sadəcə, yaradıcılıqla məşğul oluram, qiymət sonra yaranır. 

- Sənət adamları ilə əməkdaşlıq edirsiniz?

- Bəli, bəzi müğənnilərlə  əməkdaşlıq edirik. Elə müğənni var ki, onda artıq dəst-xətt yaratmışıq. Həmin dəst-xətti sənətlə birləşdilərək gözəl bir obrazı ortaya qoyuruq. Məsləhət görərdim  ki, klassik sənətlə məşğul olan sənət adamları modelyerlərlə işləsinlər.

- Brendinizi cəmiyyətdə hansı formalarda tanıdırsız?

- Moda həftələrində və tədbirlərdə iştirak edirik, lakin orada öz hədəf kütləmiz olur. Yaxınlarda baş tutan milli brendlərin pərakəndə zirvəsi forumunda iştrak etməyimizin əsas məqsədi brendimizi tanıtmaq idi. Düşünürəm ki,  daha geniş forumlarda iştirak etməklə daha böyük kütlə  qarşısına çıxa bilirik.

- Forumlarda geyimlərinizi nümayiş etdirmək üçün bir çox modelləri cəlb etmişdimiz, gəncləri hansı kriteriya əsasında seçirsiniz?

- Modellərlə işləyəndə çalışıram gənclərə dəstək olum. Modellərimiz iki qrupa bölünür: Peşəkar modellər və könüllü modellər. Könüllülər arasında bədən kriteriyaları heç də modellərə uyğun olmayan gənclər olur. Belə olduğu halda geyimlər həmin gənclərin üzərində reallığa daha uyğun görünür. Könüllü modellərlə işləmək xeyli vaxt aparan işdir. Həmin gənclərlə məşğul olan xüsusi xoreoqrafımız var ki, geyimlərin nümayişində bizə böyük dəstək olur.

- Sizcə, qadın sahibkarlar üçün ən böyük çağırış nədir?

- İlk növbədə istəyərdim ki, ölkəmizdə qadın sahibkarlar həmrəy, bir-birinə dəstək olsunlar. Belə olduğu halda moda həftələrində ölkəmizi  layiqincə təmsil edə bilərik.

 Havar Şəfiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see129

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri