Icma.az
close
up
RU
Modemi neçə müddətdən bir söndürüb, yandırmaq lazımdır?

Modemi neçə müddətdən bir söndürüb, yandırmaq lazımdır?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Evdə internetdən istifadə zamanı Wi-Fi-nin zəifləməsi və ya səhifələrin gec açılması bir çox istifadəçinin qarşılaşdığı problemlərdəndir. Mütəxəssislər bildirirlər ki, belə hallarda ən sadə həll yollarından biri routeri yenidən işə salmaqdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, router sadəcə interneti paylayan cihaz deyil.

O, öz əməliyyat sistemi, yaddaşı və arxa planda işləyən prosesləri olan kiçik kompüterdir. Adi kompüterlərdə olduğu kimi, zaman keçdikcə proqram xətaları, yaddaşın dolması və bəzi proseslərin ilişib qalması internetin sürətinin azalmasına, Wi-Fi bağlantısının qırılmasına və cihazların şəbəkəyə qoşulmasında problemlərə səbəb ola bilər.

Belə hallarda routerin yenidən işə salınması müvəqqəti yaddaşı təmizləyir, ilişib qalan prosesləri dayandırır və əməliyyat sistemini yenidən başladır. Bu da cihazın daha stabil işləməsinə kömək edir.

Routeri nə qədər tez-tez yenidən işə salmaq lazımdır?

Mütəxəssislər bildirirlər ki, bununla bağlı dəqiq qayda olmasa da, routeri ayda bir dəfə yenidən işə salmaq ən optimal seçim hesab olunur. Bu, kiçik texniki problemlərin yığılmasının qarşısını alır və cihazın daha səmərəli işləməsini təmin edir.

Bəzi müasir router modellərində isə avtomatik yenidən başlatma funksiyası mövcuddur. İstifadəçilər cihazı həftədə və ya ayda bir dəfə gecə saatlarında avtomatik olaraq yenidən işə düşəcək şəkildə proqramlaşdıra bilərlər.

Əgər internetin sürəti azalıbsa, bağlantı tez-tez kəsilirsə və ya digər problemlər müşahidə olunursa, routeri planı gözləmədən dərhal yenidən işə salmaq tövsiyə edilir.

Routeri düzgün şəkildə necə yenidən başlatmaq olar?

Bir çox istifadəçi routeri söndürüb dərhal yenidən işə salır. Ancaq mütəxəssislər bunun kifayət etmədiyini bildirirlər.

Onların sözlərinə görə, cihaz elektrik şəbəkəsindən tam ayrılmalı və ən azı 30 saniyə gözlənilməlidir. Bu müddət ərzində router tam enerjisiz qalır və bütün daxili proseslər dayanır.

Daha sonra cihaz yenidən qoşulduqda internet provayderi ilə əlaqənin bərpa olunması bir neçə dəqiqə çəkə bilər. Buna görə internet dərhal aktiv olmazsa, narahat olmağa ehtiyac yoxdur.

"Reset" düyməsi ilə yenidən başlatmanı qarışdırmayın

Mütəxəssislər xəbərdarlıq edirlər ki, routeri yenidən başlatmaqla "Reset" düyməsinə basmaq eyni şey deyil.

"Reset" düyməsi cihazı zavod parametrlərinə qaytarır və istifadəçinin Wi-Fi adı, şifrə və digər bütün fərdi sazlamalarını silir. Adi yenidən başlatma isə yalnız cihazı söndürüb yenidən işə salır və bütün mövcud parametrləri olduğu kimi saxlayır.

Bununla yanaşı, internetdə yaranan hər problem routerdən qaynaqlanmır. Bəzən səbəb internet provayderindəki nasazlıq, routerin evdə düzgün yerləşdirilməməsi və ya şəbəkəyə qoşulan digər cihazlarda yaranan problemlər ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, routerlər orta hesabla 3-5 il istifadə olunur. Bu müddətdən sonra onların məhsuldarlığı zəifləyə və nasazlıqlar daha tez-tez baş verə bilər. Belə hallarda yeni cihaz almaq daha məqsədəuyğun hesab edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 İyul 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri