Icma.az
close
up
RU
Möhtəşəm keçid: bəyannamədən bəyanata

Möhtəşəm keçid: bəyannamədən bəyanata

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanla Çin arasında münasibətlərin yeni arxitekturası  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekinə dövlət səfəri davam edir. Dövlət rəhbərləri arasında baş tutan ikitərəfli görüş, imzalanmış müqavilə, saziş və razılaşmaların çeşidi onu deməyə əsas verir ki, dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə böyük önəm verir. Asiya nəhənginin Azərbaycana göstərdiyi yüksək maraq ölkəmizin unikal coğrafi mövqeyi, təbii ehtiyatlarının zənginliyi, qlobal arenada etibarlı tərəfdaş olması ilə yanaşı, həm də Azərbaycan Prezidentinə dünyada olan hörmətin nümayişi ilə birbaşa bağlıdır. Yəni, Pekinin Bakıya rəğbəti dövlət başçımızın beynəlxalq arenada genişmiqyaslı fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi yönündə həyata keçirdiyi siyasətin uğur tablosu kimi qəbul edilməlidir.  

Prezident İlham Əliyev və Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasında uzun və səmərəli əməkdaşlığın, qarşılıqlı etimad və səmimiyyətin məntiqi nəticəsi sayılmalıdır. ÇXR Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib: “Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Tərəflər qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidirlər. Eyni zamanda, hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdırlar”.

Yəni, təsadüfi heç nə baş vermir. Gözlərimizn önündə Azərbaycanla Çin arasında əməkdaşlığın yeni səhifəsi açılır. İkitərəfli əlaqələrin strateji səviyyəyə yüksəlməsinin təzahürü kimi qəbul olunan bu səfərin tarixi əhəmiyyəti hələ bundan sonra araşdırılacaq. 

* * * 

Azərbaycan və ÇXR hökumətlərii arasında müxtəlif sahələrə dair imzalanan 18 sənədin hər biri əhəmiyyətinə görə yüksəkdir. Məsələn, ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsini, ARDNF və  Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumunu, yaxud “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planını götürək.    

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan–Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu” isə xalqlarımız arasında əməkdaşlığın qardaşlıq səviyyəsinə qalxmasının bariz nümunəsi sayıla bilər. 

Artıq hamıya məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın bir nömrəli iqtisadi gücü olan ölkəyə – Çinə səfərinin məntiqi yalnız Cənubi Qafqazda qarşılıqlı maraqlara söykənən layihələri həyata keçirmək istəyi ilə məhdudlaşmır.  Asiyanın qüdrətli ölkəsi ilə bölgənin lideri sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı bərabər təmin etmək barədə razılığa gəlirlər. Azərbaycanın bu gün dünyanın əsas “güc mərkəzləri”ndən birinə çevrilən Çinlə çoxvektorlu xarici siyasət doktrinasına üstünlük verməsi heç kəsə sirr deyil. 2024-cü il iyulun 3-də Azərbaycanla Çin arasında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Dünən isə Pekində iki ölkənin liderləri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanata imza atdılar. Yəni, üstündən bir il keçməmiş Bakı və Pekin münasibətlərinin xarakterinin və miqyasının bəyannamədən bəyanat səviyyəsinə qədər yüksəldiyini təsdiqləmiş oldular. Yuxarıda qeyd etdiyimiz kimi, həm siyasi, həm də iqtisadi baxımdan belə möhtəşəm keçidə qədər tərəflər uzun, faydalı bir yol qətt ediblər, tarixin sınaqlarından, qarşılıqlı etimad testindən alnıaçıq, üzüağ çıxıblar. 

* * *

Strateji tərəfdaşlığın arxada qalan dövrünə nəzər salmalı olsaq, Azərbaycanın Çinin dominatlıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş olması nəzərdən qaçırılmamalıdır. Onu da qeyd etməliyik ki, həm ŞƏT-in, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla səmimi və dost münasibətləri var. Axı, ölkəmizin Şimaldan Cənuba, Şərqdən Qərbə gedən marşrutun üzərində nəqliyyat habına çevrilməsi Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da gücləndirməyi diktə edir. Burada söhbət yalnız iqtisadi əməkdaşlıqdan getmir. Beynəlxalq əhəmiyyət kəsb edən transmilli layihələrin birgə reallaşdırılması regional sabitliyə və sülhə töhfə verəcək. Bu layihələrdə Çinin iştirakı təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün xüsusi əhəmiyyət kəsb edir. Avropaya yolun Azərbaycandan keçmədən mümkünsüzlüyünü yaxşı bilən rəsmi Pekin Bakı ilə hər sahədə əməkdaşlığı özü üçün uduş variantı kimi qəbul edir. Elə iki ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi barədə razılaşmaya da məhz bu kontekstdən yanaşmaq lazımdır.

Digər mühüm məqam Mərkəzi Asiya və Azərbaycan üçün taleyüklü sayılan Orta Dəhliz layihəsində Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün rolunu artırmaqdır. Burada söhbət daha ucuz başa gələn və gəlirli ticarət marşrutlarını inkişaf etdirməkdən gedir. Bu isə Pekinin Azərbaycanın strateji layihəsi sayılan Zəngəzur dəhlizinə daha geniş bucaq altında baxmasına təkan verir.

“Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan–Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir”. Bu fikri Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirib. Dövlət başçısı onu da qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Prezident deyib ki, biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk və bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb: “Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.

* * *

Prezident İlham Əliyevin Çinə dövlət səfərinin mahiyyəti və məntiqi, sadəcə, Cənubi Qafqazda ortaq maraqlara xidmət edəcək yeni infrastrukturlar yaratmaq planları ilə məhdudlaşmır. Dövlətimizin başçısının Pekinə səfərinin beynəlxalq münasibətlər sistemində mizan-tərəzinin pozulduğu indiki məqamda reallaşması qlobal əhəmiyyəti ilə diqqətləri cəlb etməkdədir. Bu səfər dostlarımızla yanaşı, bədxahlarımız tərəfindən də böyük diqqət və maraqla izlənilir.   

Yenidən Prezident İlham ­Əliyevin 2023-cü ildə Çinin “China Media Group”una verdiyi müsahibədə toxunduğu çox önəmli məqamlara qayıdırıq. İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə də toxunub: “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”.

Prezident İlham Əliyevin bu fikri Azərbaycan ilə Çin arasında mövcud olan strateji münasibətlərin və əməkdaşlığın uzunmüddətli perspektivini çox yaxşı əks etdirir. Əslində, beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər dünyanın bütün ölkələri üçün önəmli məsələlərdir. Azərbaycan və Çin 30 ildir ki, bu müstəvidə bir-birini dəstəkləyir və oxşar mövqe nümayiş etdirirlər. Bu yanaşma, həmçinin Bakı və Pekinin beynəlxalq platformalarda həmrəyliyinin, qarşılıqlı etimadın artmasının göstəricisidir. Prezidentin Pekinə səfərində vurğuladığı mövqelər yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikada konturları görünən yol xəritəsi kimi qəbul edilməlidir. Bəyannamədən Bəyanata transformasiya olunmuş bu mövqelər həm Azərbaycan, həm də Çin üçün uzunmüddətli xarici siyasət xəttini müəyyənləşdirən və qarşılıqlı faydalara əsaslanan strateji təməl yaratmağa hesablanıb.

Azərbaycanın xarici siyasətinin məqsədi bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalılıq prinsipinə söykənən münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu prinsiplərə sadiqliyini təsdiqləmiş Bakı artıq strateji tərəfdaş seçimini etmişdir. Yazımızı Çinin Azərbaycandakı səfiri Lu Meyin sözləri ilə bitirmək istərdik. Onun fikrincə, Çin və Azərbaycanın yüksək səviyyəli rəsmiləri arasında qurulmuş etibarlı və səmimi işgüzar münasibətlər və dərin şəxsi dostluq fonunda gələcəyə baxaraq deyə bilərik ki, “Çin–Azərbaycan strateji tərəfdaşlığı geniş perspektivlərə malikdir və böyük ümidlər yaradır”.

İmran BƏDİRXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see231

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see194

Şok görüntülər: Azərbaycanda timsah var imiş Video

30 May 2026 01:18see192

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see190

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see188

İspaniya nəhəngi Arsenal ın ulduzuna elçi düşdü

29 May 2026 20:53see186

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see185

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see183

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see182

Bakıda avtoşluq edən şəxs saxlanılıb

30 May 2026 03:05see174

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see174

Kiyevdə ardıcıl partlayışlar oldu KONKRET

29 May 2026 23:00see173

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see170

İran ABŞ ilə yekun razılaşmanın şərtini açıqlayıb

30 May 2026 01:54see169

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see164

ABŞ nin İrana qarşı üç ssenarisi var

30 May 2026 01:15see164

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see163

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

29 May 2026 23:56see161

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see161

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri