MOİK bu il çempionluğa əsas favoritlərdəndir Şahdağ Qusar ın yeni rəhbəri püşkü dəyərləndirdi
Fanat saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan I Liqasının püşkü atılıb. "Şahdağ Qusar" yeni mövsümün açılış turunda MOİK-lə qarşılaşacaq.
Şimal təmsilçisinin yeni rəhbəri olan veteran futbolçu Rahid Əmirquliyev Fanat.Az-a açıqlamasında püşkü belə dəyərləndirib:
"İlk turda MOİK ilə düşməyimiz heç də yaxşı olmadı. Rəqib bu il çempionluğa əsas favoritlərdəndir. Yaxşı olardı ki, ilk turda özümüzə bərabər səviyyədə komanda ilə oynayaq. Qismət belə imiş. Belə baxanda MOİK olsun, yaxud "Şəfa", onsuz da hamısı ilə qarşılaşacağıq. Sadəcə, dediyim kimi, debütantı olduğumuz liqanın ruhunu hiss edənə qədər nisbətən zəif rəqiblə qarşılaşmaq istəyirdik. İstənilən halda, çempionata uğurlu start verməyə çalışacağıq. Gənclərdən qurulmuş komandayıq. Heyətimizdə təcrübəli sima yalnız Famil Camalovdur. Çətin olsa da, çalışacağıq mübariz kollektivimizlə yaxşı yerlərdən birini tutaq".
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi olaraq I Liqaya yüksəlib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Avqust 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















