Moldova Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
APA xəbər verir ki, Moldova XİN-in məlumatına görə, qərar avqustun 9-da Ştefan-Voda rayonunun Krokmaz yaşayış məntəqəsi yaxınlığında dronla bağlı baş vermiş insidentdən sonra qəbul edilib.
Məlumata görə, “dron-raket” olduğu ehtimal edilən PUA meşə zolağında ağacla toqquşaraq təxminən 2,5 metr hündürlükdə partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin partlayışın qalıqları bir neçə fərdi yaşayış evinə ziyan vurub.
Moldova XİN hadisəni ölkənin suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:Tramp Rusiyadakı səfirini geri çağırır Təcili
10 Fevral 2025 01:17
Ermənistan Rusiyadakı fəxri konsulunu geri çağırır KONKRET
28 İyul 2025 22:23
Almaniya Rusiyadakı səfirini geri çağırdı
22 May 2025 05:27
ABŞ Ermənistandakı səfirini geri çağırır
22 Dekabr 2025 08:51
Ermənistan Rusiyadakı səfirini geri çağırdı... GƏRGİNLİK
21 Avqust 2026 08:54
Baxış sayı:90
Bu xəbər 10 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















