Moldova vətəndaşı yeni istilik sistemi icad edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 5 fevral, AZƏRTAC
Moldova vətəndaşı günəş işığını toplayıb istilik enerjisinə çevirən yeni istilik sistemi icad edib. Bu, istehlakçılara daha az enerji xərclərini ödəməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Moldpres” xəbər agentliyi məlumat paylaşıb. Bildirilib ki, yerli innovasiya Avropa İttifaqının Etimad Tədbirləri Proqramının dəstəyi ilə sınaqdan keçirilib.
Yeni sistem enerji səmərəliliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verir və evlərin, dövlət və sənaye müəssisələrinin qızdırılması üçün tövsiyə olunur.
Qeyd edək ki, yeni istilik sistemi artıq ölkənin bəzi yerlərində istifadəyə verilib.

Moskvaya bomba gətirən Moldova vətəndaşı saxlanıldı
14 Aprel 2025 10:04
Moldova: Dnestryanının enerji sistemi sıradan çıxa bilər
06 Yanvar 2025 18:05
Dodon Moldova müxalifətinə müraciət edib
29 Dekabr 2024 22:15
Moldova Aİ “yolunda”...
06 Noyabr 2024 09:20
Azərbaycan yığması Moldova ilə heçheçə edib
19 Noyabr 2024 17:20

