Körpəsi ilə dəhşətli qəzaya düşən ananın vəziyyəti ağırdır
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyadanı vurub.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,ötən gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 04 Noyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















