Moldovadakı seçkilərdə QƏRB TƏSİRİ: “Rusiyanın müdaxiləsi davam edəcək” Yeni Çağ Media
Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.
“Moldovada Rusiyanın istəyi baş tutmadı”.
Bu fikri Rusiya Qərb qarşıdurması, Gürcüstandan fərqli olaraq Moldovada Qərb tərəfdarlarının qalib gəlməsi və Rusiyanın apardığı siyasəti Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Analitikin sözlərinə görə, ABŞ və Rusiyadan biri zəifləməyənə qədər mübarizə davam edəcək:
“Rusiya əyalət dövlətinə çevrilməyənə qədər onun, xüsusilə də postsovet məkanındakı ölkələrə müdaxiləsi və aqressiv siyasəti davam edəcək. Rusiya beynəlxalq siyasət aləmində elə bir həddə enməlidir ki, heç bir ölkəni daxili işinə qarışmasın”.
“Zənnimcə, dünyada vəziyyətin normallaşması üçün Rusiya qınına çəkilməlidir, yoxsa marağı olan bütün ölkələrə onun müdaxiləsi qaçılmaz olacaq. Biz bunu Gürcüstanda və Moldovada gördük. Gürcülər müəyyən səbəblərdən istədiklərinə nail ola bilmədi, ancaq Moldovada Rusiyanın istəyi baş tutmadı”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















